Ayı, arxiv şəkli

İsmayıllıda qəfil gələn "qonaq" ev sahibini şil-küt edib

255
Kənd sakini 1950-ci il təvəllüdlü Rəsulov İsmayıl Yaqub oğlu yaşadığı evin həyətyanı sahəsində itburnu toplayarkən qəflətən ayının hücumuna məruz alıb

BAKI, 15 sentyabr - Sputnik. İsmayıllı rayonunda ayı həyətə hücum edərək kənd sakinini yaralayıb.

APA-nın xəbərinə görə, hadisə rayonun Xanagah kəndində qeydə alınıb.

Kənd sakini 1950-ci il təvəllüdlü Rəsulov İsmayıl Yaqub oğlu yaşadığı evin həyətyanı sahəsində itburnu toplayarkən qəflətən ayının hücumuna məruz alıb. Göz, sifət, əl və kürək nahiyəsindən xəsarətlər alan İsmayıl Rəsulov təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. İ. Rəsulov çoxlu qan itirsə də, həkimlərin səyi nəticəsində vəziyyəti yaxşılaşıb.

Qeyd edək ki, hadisə zamanı İ.Rəsulovun ailə üzvləri səs-küy salaraq onu ayının pəncəsindən xilas ediblər. Ayı qaçaraq həyəti tərk edib.

255
Koronavirusdan ölən şəxsin meyiti, arxiv şəkli

Koronavirusdan ölənlər qəbirdən çıxarılır

29
(Yenilənib 08:18 26.11.2020)
Ekvador Prokurorluğu bu işə Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlayıb.

BAKI, 25 noyabr — Sputnik. Ekvador Prokurorluğu yeni tip koronavirus (COVID-19) pandemiyasının ən kritik günlərində həyatını itirənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün fəaliyyətə başlayıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbərə görə, artıq bu məqsədlə Quayakil şəhərindəki qəbirlərin bir hissəsi eksqumasiya olunub.

Ekvador Prokurorluğunun sosial media vasitəsilə verdiyi açıqlamada "Hazırda Milli Ekspertiza Sisteminin dəstəyi ilə COVID-19 pandemiyası zamanı həyatını itirən şəxslərin kimliyini müəyyənləşdirmək üçün DNT nümunələri toplayırıq", - deyə bildirilir.

İndiyə kimi Quayakildəki Los Seybos xəstəxanasından aparılaraq basdırılmış 45 cəsəddən 18-i artıq qəbirdən çıxarılıb. Dauel qəsəbəsindəki La Avrora qəbirstanlığında isə eksqumasiya işlərinin bir neçə gün sonra başa çatdırılacağı bildirilib.

Qeyd edək ki, Ekvador Prokurorluğu istintaqa may ayında, Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlamışdı. Pandemiyanın geniş yayıldığı mart-aprel ayları ərzində ölkənin səhiyyə sistemi çökmüş, virusdan ölənlərin basdırılamasında isə böyük çətinlik yaranmışdı. Dövlət xəstəxanalarında cəsədlərin qarışıq düşməsi ilə yanaşı, evində ölənlərin meyitləri də toplanaraq günlərlə gözlədikdən sonra şəxsiyyətləri müəyyən olunmadan yandırılmışdı. Yaranan qarışıqlıq zamanı sistemdə ölü kimi qeydə alınan bəzi insanların sonradan əslində sağ olduqları üzə çıxdı. Bundan sonra Ekvador Prokurorluğu bütün məzarların bir-bir eksqumasiya olunması haqqında qərar verdi.

29
Teqlər:
zibil qabı, cəsəd, qəbir, ölənlər, COVID-19, Koronavirus, Ekvador
Qəza, arxiv şəkli

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib

14
(Yenilənib 19:52 25.11.2020)
Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib. Onun sözlərinə görə, minik avtomobili ilə yük avtomobili toqquşub.

BAKI, 25 noyabr - Sputnik. Hava limanı şosesində (“Buta Palace” yaxınlığında şəhər mərkəzi istiqamətində) ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, minik avtomobili ilə yük avtomobili toqquşub.

Hazırda yolda sıxlıq var.

14
Teqlər:
Bakı, qəza
Kənd məktəbi, arxiv şəkli

Ucqar kəndlərdə məktəblərin azkomplektli formada fəaliyyətinə yol veriləcək

0
(Yenilənib 08:09 26.11.2020)
Bu, Prezident İlham Əliyevin dünən təsdiqlədiyi "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.

BAKI, 25 noyabr — Sputnik. Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin dünən təsdiqlədiyi "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.

Qanuna əsasən, şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunacaq.

0
Teqlər:
ümumtəhsil məktəbləri, "Təhsil haqqında" Qanun, Prezident İlham Əliyev, məktəb