Ayı, arxiv şəkli

Ayı yenə sürüyə hücum etdi Qubada həyəcanlı anlar

96
(Yenilənib 18:14 11.09.2019)
Qəfil sürüyə basqın edən ayı iribuynuzlu heyvana hücum edərək göz qırpımında onu parçalayıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 11 sentyabr — Sputnik. Qubada ayı kəndə hücum edib. Hadisə rayonun Xınalıq kəndində baş verib. Kənd sakinlərinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, ayı kənd sakini Səxavət Sultanova məxsus bir baş inəyi parçalayıb.

Hadisə Tufandağın ətəyində - yaylaqda baş verib. Qəfil sürüyə basqın edən ayı iribuynuzlu heyvana hücum edərək göz qırpımında onu parçalayıb.

Kənd sakinlərinin sözlərinə görə, bu ilk hal deyil. Bir müddət öncə vəhşi heyvan eyni şəxsin sürüsündən 15 baş qoyunu parçalayıb. İnsanlar ayının sürü sahibinə və yaxud sahədə oynayan uşaqlara hücum edəcəyindən qorxduqlarını bildirirlər.

Xatırladaq ki, bir həftə öncə Quba rayonunun Küsnətqazma kəndinə ayının hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat daxil olmuşdu. Bu məlumat əsasında İşçi Qrup yaradılıb.

 

96
Seysmoqraf, arxiv şəkli

Qardaş ölkədə güclü zəlzələ gözlənilir - Mütəxəssis açıqladı

215
Geologiya mütəxəssisi Aysun Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

BAKI, 26 sentyabr — Sputnik. Türkiyəli geologiya mütəxəssisi xanım Aysun Aykan Mərmərə Dənizində zəlzələ olacağı ilə bağlı proqnoz verib.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

Aysun Aykan ötən gün Mərmərə Dənizində baş verən 4.2 bal gücündə olan zəlzələnin çox riskli bir nöqtədə meydana gəldiyini söyləyib.

"Mərmərə Dənizindəki son zəlzələlər bir daha göstərdi ki, Mərmərə dənizi zəlzələlər baxımından aktivdir, canlıdır və zəlzələ yaratma potensialına malikdir. Mərmərə Dənizindəki orta mərmərə çuxurunda 4.2 bal gücündə zəlzələ baş verdi. Zəlzələnin baş verdiyi yer çox vacib bir yerdir. Gözlədiyimiz böyük bir zəlzələ nöqtəsində meydana gəldiyi üçün də narahat edicidir"-deyə mütəxəssis diqqətə çatdırıb.

O vurğulayıb ki, bu zəlzələ Türkiyənin birinci prioriteti olmalıdır, xüsusilə də Mərmərə bölgəsi: "Çünki bu zəlzələ yalnız İstanbula təsir etməyəcək. Mərmərə Dənizinin sahillərində yerləşən bütün vilayətlərə (Balıkesir, Bursa, Yalova, Çanaqqala, Kocaeli, Tekirdağ) çox təsir edəcək. Ehtimal edilən bu zəlzələ 28 milyon insana təsir edəcək. Əslində bu zəlzələ bütün Türkiyəyə təsir edəcək. Türkiyə bu zəlzələyə çox diqqət etməlidir".

215
Taksi, arxiv şəkli

Dayanacaqda sərnişin üstündə baş verən dava nəticəsində 3 nəfər öldü

22
(Yenilənib 15:03 26.09.2020)
Üç nəfərin ölümünə səbəb olan şəxs hadisə yerindən qaçsa da, tüfəngi hadisə yerində qoyub. Hadisə nəticəsində yaralananlar da var.

BAKI, 26 sentyabr — Sputnik. Dayanacaqda baş verən dava nəticəsində 3 nəfər dünyasını dəyişib. Hadisə Türkiyədə baş verib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, taksi sürücüləri arasında sərnişin üstündə dava baş verib. Hadisə nəticəsində tüfəngdən açılan güllə 3 nəfərin ölümünə səbəb olub. Hadisə anaban kameralarla qeydə alınıb. Hadisə nəticəsində yaralananlar da var.

3 nəfərin ölümünə səbəb olan şəxs hadisə yerindən qaçsa da, tüfəngi hadisə yerində qoyub.

22
Tovuzun Dondar Quşçu kənd sakini erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan evin həyətində

Cəbhədə yaralananlarla bağlı son məlumat

77
(Yenilənib 14:42 27.09.2020)
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy və Daşkəsən rayonunun bir neçə kəndləri intensiv atəşə tutulub. Ölən və yaralılar var

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti açıqlama yayıb.

Sputnik Azərbaycan-a daxil olan açıqlamada deyilir:

"Xəbər verildiyi kimi, sentyabrın 27-də səhər saat 06 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmuşdur.

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərəkə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının qəsdən və hədəflənmiş şəkildə dinc əhalisinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutmaqla mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətmişlər.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy və Daşkəsən rayonunun bir neçə kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olanlar və yaralananlar var, o cümlədən çoxsaylı ev və mülki obyektlərə külli miqdarda ziyan dəymişdir.

Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişlər.

Həmçinin, bildiririk ki, düşmənin mülki obyektləri hədəfə alması nəticəsində bir sıra mülki evlərə külli miqdarda maddi ziyan dəymiş, o cümlədən xırda və iri buynuzlu heyvan və ot tayaları məhv edilmişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilmişdir.

İctimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin olunacaqdır.

Kütləvi informasiya vasitələrindən, həmçinin sosial media istifadəçilərindən rəsmi olmayan və dəqiqləşdirilməmiş məlumatların ictimailəşdirilməməsi xahiş olunur".

77
Teqlər:
Baş Prokurorluq, ölənlər və yaralılar, cəbhə bölgəsi, erməni təxribatı, Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Azərbaycan Odusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib
Ərdoğan Əliyevə zəng etdi: "Türkiyə Azərbaycanın yanındadır"
Rəsmi Bakı: Məsuliyyət tam olaraq Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür
Çavuşoğlu və Lavrov Qarabağdakı son durumu müzakirə etdilər
Müdafiə Nazirliyi məlumat yaydı: Vacib yüksəkliklər uğrunda döyüşlər aparırıq