Qəza baş verən ərazidə təcili tibbi yardım avtomobili

İmişlidə bir ailənin beş üzvü məhv oldu

52
(Yenilənib 09:37 09.09.2019)
Minik avtomobili yoldan çıxaraq su kanalına aşıb, sərnişinlər və sürücü boğulublar

BAKI, 9 sentyabr — Sputnik. İmişli rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə gecə saatlarında İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib.

Bakı sakini, 1963-cü il təvəllüdlü Şamxalov İlqar Əliağa oğlunun idarə etdiyi “Opel Vectra” markalı 10 TN 845 dövlət nömrə nişanlı minik avtomobili yoldan çıxaraq su kanalına aşıb.

Hadisə nəticəsində avtomobildə olan sürücü, İmişli sakinləri - sürücünün qardaşı - 1969-cu il təvəllüdlü Məmmədov Etibar Əliağa oğlu, onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Məmmədova Mərziyyə Əmiraslan qızı, 1991-ci l Məmmədov Elnur Etibar oğlu və 1984-cü il təvəllüdlü Kərimova Afət Hüseyn qızı boğularaq ölüblər.

Faktla bağlı İmişli Polis Şöbəsində araşdırma aparılır.

52
Teqlər:
kanal, qəza, İmişli
Şüşə qırıntısı, arxiv şəkli

Bakıda avtomobil yol kənarındakı iki balaca qızı vurub

99
(Yenilənib 21:32 12.07.2020)
Həkimlərin verdiyi məlumata görə, yaralılar ağır qapalı kəllə-beyin travması ilə reanimasiyaya yerləşdiriliblər

 

BAKI, 12 iyul — Sputnik. Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə Məmmədəliyev küçəsində qeydə alınıb.

“Toyota” markalı avtomobil yüksək sürətlə yol kənarında dayanan 9 yaşlı Yusifova Aysun Əmirhüseyn qızı və 8 yaşlı Yusifova Ruqiyyə Bayandur qızını vurub.  Hər iki yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, yaralılar ağır qapalı kəllə-beyin travması ilə reanimasiyaya yerləşdiriliblər.

99
Əlaqədar
Bakıda anasının doğum gününə gedən qızı avtomobil vurdu
Abşeronda 4 yaşlı uşaq atasının avtomobilinin altında qaldı
Lerikdə dəhşətli qəza: Avtomobil 300 metrdən dərəyə aşıb, 3 nəfər ölüb
İnsanın kölgəsi, arxiv şəkli

Evi icazəsiz tərk edən COVID xəstəsinə cinayət işi açıldı

15
(Yenilənib 15:03 12.07.2020)
Aktiv koronavirus xəstəsi, Sumqayıt şəhər 9-cu mikrorayonda yaşayan Bağırov Rövşən Xürrəm oğlunu polis nəzarətə götürüb

BAKI, 12 iyul — Sputnik. Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən daha bir aktiv koronavirus xəstəsi saxlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi  qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Məlum olub ki, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər 9-cu mikrorayonda yaşayan 1978-ci il təvəllüdlü Bağırov Rövşən Xürrəm oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağrılıb.

Bağırov Rövşən Xürrəm oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə Cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir. Həmin şəxs polisin nəzarətinə götürülüb.

15
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Bölgələrimizdə koronavirusla bağlı vəziyyəti - Hansı zona daha təhlükəlidir?
Koronavirusa yoluxub sağalmış şəxslərlə bağlı vacib məqam
Nazirlik COVİD-19-a yoluxmuş xəstələrin simptomlara əsasən təsnifatını açıqlayıb
Ölkəmizdə kimlər daha çox risk altındadır? - Koronavirusa yoluxanların yaş qrupları
Reanimasiyaya yerləşdirilən xəstələrimizin sayı artıb
Almaniyada polis, arxiv şəkli

Ox-yayla silahlanmış kişi dörd polisi tapançasız qoydu

0
Polisdən bildirilib ki, axtarılan 31 yaşlı İv Rauşun daimi yaşayış yeri yoxdur, əvvəllər isə qanunsuz silah saxladığına görə bir neçə dəfə polis bölməsinə gətirilib

BAKI, 12 iyul — Sputnik. Almaniyada bu gün qəribə hadisə yaşanıb. Günün ikinci yarısında Oppenau şəhərində polis geniş əməliyyatına başlayıb.

Sputnik Azərbaycan Baden Online-a istinadən bildirir ki, 100-dən çox polis və bir neçə patrul maşını 31 yaşlı kişini axtarırlar. Üç polis helikopteri də axtarışa cəlb edilib.

Məlum olub ki, yerli vaxtla 9:30-da dörd polis nəfəri meşədəki daxmada ox-yayla silahlanmış adam görüb. O, əvvəlcə özünü adekvat aparırmış, sonra isə qəfildən tapança çıxararaq polislərə doğru yönəldib. Polislər qəfil hərəkətdən çaşıblar, kişi isə onların hamısının silahlarını alaraq meşəyə qaçıb.

​Mittelbadische Press nəşri yazıb ki, şübhəli şəxs meşədə yaşayır. Polisdən bildirilib ki, axtarılan 31 yaşlı İv Rauşun daimi yaşayış yeri yoxdur, əvvəllər isə qanunsuz silah saxladığına görə bir neçə dəfə polis bölməsinə gətirilib.

​Axtarışlarda istilik kamerasının da istifadə olunmasına rəğmən şübhəli hələ də tutulmayıb.

 

0