Gecə vaxtı avtomagistral

Bakı-Quba yolunda maşınlar toqquşdu

38
(Yenilənib 22:00 08.09.2019)
"VAZ" markalı nəqliyyat avtomobili ilə "Opel" markalı nəqliyyat vasitəsi toqquşub

BAKI, 8 sentyabr — Sputnik. Bu gün Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, qəza magistral yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ" markalı nəqliyyat avtomobili ilə "Opel" markalı nəqliyyat vasitəsi toqquşub.  Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Onlar Şabran rayon sakinləri - 1987-ci il təvəllüdlü  Babayev Xəzər Əlixan oğlu və 1994-cü il təvəllüdlü Qadaşov Habil Əskər oğludur.

Faktla bağlı araşdırma aparılır.

38
Teqlər:
yol, Bakı-Quba, Quba, Bakı, avtoqəza