Oğuzun Xaçmaşqışlaq kəndinə yağışın yaratdığı fəsadlar

Sel kəndi basdı, bir ton məhsulu apardı - FOTO

53
(Yenilənib 19:54 08.09.2019)
Bağları lil basıb, kəndin bir neçə körpüsü dağılaraq yararsız hala düşüb

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 8 sentyabr — Sputnik. Oğuzun Xaçmazqışlaq kəndinə sel gəlib.

Sputnik Azərbaycan-ın bölgə müxbiri bildirir ki, iki gündür yağan güclü yağışlar nəticəsində şəxsi təsərrüfatlara, fındıq bağlarına, eləcə də kənd körpülərinə ciddi ziyan dəyib.

Kənd sakini İlkin Alxaslı bildirir ki, leysan nəticəsində şəxsi təsərrüfatı zərər görüb, bağları lil basıb. Onun sözlərinə görə, bir anda başlayan güclü leysan nəticəsində suyun səviyyəsi qalxıb.

  • Oğuzun Xaçmaşqışlaq kəndinə yağışın yaratdığı fəsadlar
    Oğuzun Xaçmaşqışlaq kəndinə yağışın yaratdığı fəsadlar
    © Sputnik / Ilham Ahmadov

1 / 7

Kənd sakinlərinin istifadə etdikləri arxlardakı su həyətlərə daşıb. Nəticədə yığılmlş fındıq və digər meyvələr su altında qalıb. İlkin Alxaslının 1 tona yaxın fındığını isə sel aparıb.

Bununla yanaşı, kəndin bir neçə körpüsü dağılaraq yararsız hala düşüb.

53
Teqlər:
məhsul, Oğuz, leysan, sel
Əlaqədar
Cəlilabadda qırılan elektrik naqilləri ev heyvanlarını tələf etdi
Sel qaz xəttini ikiyə böldü
Gorançay daşıb, rayondakılara qiyamət yaşadır - FOTO
Qəbələni su ağuşuna aldı - FOTO