Təcili tibbi yardım avtomobili, arxiv şəkli

Kiçik yaşlı uşaqlar dərmandan zəhərləndilər

55
(Yenilənib 11:27 05.09.2019)
Şirvanda azyaşlı bacı-qardaş zəhərlənib

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 sentyabr — Sputnik. Şirvan şəhəri, Tağıyev küçəsi ev 5 ünvanında zəhərlənmə qeydə alınıb. 

Həmin ünvanda yaşayan 5 yaşlı Fidan Məlikova və onun qardaşı, 4 yaşlı Ramal Məlikov zəhərləniblər.

Uşaqlar qonşuluqda yaşayan 7 yaşlı Xanlar Babayevlə birgə ziyanvericilərə qarşı olan dərmandan yeyiblər. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, uşaqlar dərhal xəstəxanaya yerləşdiriliblər. Xəstələrə tibbi yardım göstərilib. Vəziyyətləri yaxşılaşıb və evə buraxılıblar.

55
Teqlər:
uşaqlar, Şirvan, ziyanverici, dərman, zəhərlənmə
Əlaqədar
Toyunuzun vaya dönməsini istəmirsinizsə...
Ötən ay hər dörd nəfərdən biri özünə yanlış diaqnoz qoyub
Uşaqları "qulyabani"yə çevirən dərman Azərbaycanda satılırmı?
Elektrik mənbəyi, arxiv şəkli

Mebel salonunda ölüm: bağbanı cərəyan vurdu

5
(Yenilənib 15:15 21.09.2020)
Mebel salonunda bağban işləyən Rəhman Aslanov elektrik otağında elektrik cərəyanının təsirinə məruz qalaraq ölüb

BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 20-də saat 06 radələrində Yasamal rayonu ərazisində Rəhman Aslanovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Yasamal Rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Yasamal rayonunda yerləşən "Evra" MMC-yə məxsus "Voga" mebel salonunda bağban işləyən Rəhman Aslanovun həmin mebel salonun elektrik otağında elektrik cərəyanının təsirinə məruz qalaraq ölməsi müəyyən edilib. Hazırda fakt üzrə Yasamal rayon prokurorluğunda araşdırma davam etdirilir.

5
Teqlər:
bağban, Bakı, mebel salonu, ölüm, elektrik cərəyanı
Əlaqədar
Elektrik cərəyanın vurduğu fəhlə ilə bağlı cinayət işi açıldı
İstilik Elektrik Stansiyasında fəhlə öldü
Qəbələ sakinini elektrik cərəyanı vurdu
Sürücünü cərəyan öldürdü
Qadın əlləri ilə üzünü tutub, arxiv şəkli

Neftçalada qızın qeyri-etik şəkillərini yayan şəxs həbs edilib

33
(Yenilənib 14:51 21.09.2020)
Prokurorluq və polis əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində Əyyar Əzizov müəyyən edilməklə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

BAKI, 21 sentyabr — Sputnik. Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində süni ajiotaj yaratmaq məqsədilə ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən Neftçala rayonunda 18 yaşına çatmamış qızın qeyri-etik fotolarını çəkərək yayan şəxsin cinayət məsuliyyətinə cəlb edilməməsi ilə bağlı məlumatlar yayılıb.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, qeyd olunanlarla bağlı Neftçala rayon sakini Aytən Əliyevanın (ad şərtidir) eyni məzmunlu müraciəti üzrə Neftçala rayon Prokurorluğunda araşdırma aparılıb.

Aparılan araşdırmalarla Əyyar Əzizovun qeyd edilən cinayət hadisələrini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Neftçala rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq və polis əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində Əyyar Əzizov müəyyən edilməklə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

33
Əlaqədar
Cəngəllik qanunları ilə işləyən şəbəkə və "min manatlıq" ömürlər - bunun cəzası yoxmu?
Müəllimin intiharı araşdırılır
Bərdədə qaçırılan yetkinlik yaşına çatmamış qız Bakıda reabilitasiyaya yönləndirilib
"Instagram" paylaşımları başlarına bəla oldu
Televizora baxan adam, arxiv şəkli

Serial mövsümü başlayır - telekanallar nəyi göstərəcək?

0
(Yenilənib 19:26 21.09.2020)
Azərbaycan teleməkanında maraqla izlənən, "Youtube" kanalında daim trenddə olan, ən uzunömürlü seriallardan biri – qalmaqallı "Uçurum" serialı artıq 3-cü mövsümünə yeni ailələr, yeni hadisələr, yeni ab-havayla başlayacaq

BAKI, 21 sentyabr — Sputnik. Bu gün Azərbaycan kanallarında yeni serial mövsümü başlayır. "Oscar" Film Production da bu gün tamaşaçıların görüşünə iki layihəylə gəlir.

Azərbaycan teleməkanında maraqla izlənən, "Youtube" kanalında daim trenddə olan, ən uzunömürlü seriallardan biri – qalmaqallı "Uçurum" serialı artıq 3-cü mövsümünə yeni ailələr, yeni hadisələr, yeni ab-havayla başlayacaq. Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifləri Xanım Aydın və Yeganə Cansail olan serial ARB kanalında sentyabrın 21-dən etibarən həftəiçi dörd gün saat 21.00-da ekranlara çıxacaq.

Bu gün cəmiyyətdəki bir çox problemləri özündə əks etdirən, ötən mövsümdə sevilən, ən çox baxılan seriallardan olan "Bir qadın" serialı 2-ci mövsümünə sentyabrın 21-də saat 21.40-da ATV kanalında başlayır. Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Şahin Qəhrəman, ssenari müəllifi Çinarə Nüsrətli olan serial həftəiçi dörd gün yayımlanacaq.

0
Teqlər:
telekanallar, milli teleseriallar, serial
Əlaqədar
Əfsanəvi məhəbbət: Azərbaycanın dahisi haqda serial necə ərsəyə gəldi
"Serial" davam edir: Dövlət pullarını necə "yedikləri"nin sxemini açıqladılar - VİDEO
Serial çəkilişlərinə başlamaq onlara baha başa gəldi
Cazibədar rəqqasə serial çəkir
Məşhur aktyor serial çəkilişləri zamanı vəfat edib