Körpə, arxiv şəkli

Bakının ortasında faciə: 3 yaşlı uşaq xəstəxanalıq oldu

40
(Yenilənib 00:09 02.09.2019)
Xəstəyə üzünün sol hissəsi və sol çiyinin çoxsaylı didilmiş-deşilmiş yaraları diaqnozu qoyulub

BAKI, 2 sentyabr — Sputnik. Bakının Nərimanov rayonunun Keşlə qəsəbəsində 3 yaşlı uşağın üz nahiyəsindən it dişləyib.

Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, Bayramova Tamilla Orxan qızı "təcili yardım"ın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Xəstəyə üzünün sol hissəsi və sol çiyinin çoxsaylı didilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Yaralı aidiyyəti üzrə həkim nəzarətinə götürülüb.

40
Teqlər:
Keşlə, Bakı, İt dişləməsi, it, körpə, uşaq
Əlaqədar
Şəkidə sahibsiz it 7 yaşlı uşağın üzünü yaraladı
Bizi bizdən çox sevənlər uşaqlarımızı "ev dustağı"na döndərir
Tovuzda uşağı it dişləyib

Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb

8
Əhmədov qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

BAKI, 30 noyabr — Sputnik. 1999-2020-ci illər ərzində Azərbaycanda minaların partlaması nəticəsində 535 nəfər mülki şəxs həlak olub, 2418 nəfər yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

O qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

Q.Əhmədov qeyd edib ki, bununla bağlı vətəndaşların rayon polis idarəsinə və icra hakimiyyətinə məlumat vermələri xahiş olunur.

8
Hadisə yerində

İranlı nüvə alimin ölümündə yeni detallar

10
Terrorun törədildiyi ərazidən toplanan silahın fraqmentlərində İsrailin hərbi sənayesinin texniki xüsusiyyətləri və loqosu var.

BAKI, 30 noyabr — Sputnik. İranın nüvə alimi Möhsün Fəxrizadənin qətlində istifadə olunan silah İsraildə istehsal olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı mənbəyə istinadən xəbər verir.

"Terrorun törədildiyi ərazidən toplanan silahın fraqmentlərində İsrailin hərbi sənayesinin texniki xüsusiyyətləri və loqosu var".

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal şərqində yerləşən Absərd şəhərində M.Fəxrizadəyə sui-qəsd edilib. Əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. Ağır yaralanan M.Fəxrizadə xəstəxanada dünyasını dəyişib.

İran alimin ölümündə İsraili günahlandırır. Belə bir bəyanatla həm İranın Prezidenti Həsən Ruhani, həm də xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

İran Prezidenti, həmçinin qeyd edib ki, bu cinayət İranın atom sahəsindəki inkişafına təsir etməyəcək.

10
Teqlər:
İsrail, İran, Məhəmməd Cavad Zərif, Həsən Ruhani, Tehran, iranlı, alim, qətl
Şuşa şəhərinin ətrafı, arxiv şəkli

Şuşada axşamlar yanar ulduzlar... - VİDEO

0
(Yenilənib 16:26 30.11.2020)
Çarxda tarixi Şuşa qalası, şair, Xan qızı Xurşidbanu Natəvanın evi, Yuxarı Gövhər ağa məscidi, "Çətir şəlaləsi", İsa bulağı haqqında məlumatlar təqdim olunur

BAKI, 30 noyabr — Sputnik. Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Şuşanın gəzməli-görməli yerləri haqqında tanıtım videoçarxı hazırlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi "Facebook" səhifəsində etdiyi paylaşımla məlumat verib.

"Şuşa təbiəti, tarixi, mədəniyyəti, memarlığı ilə Qarabağın turizm mərkəzidir. Şanlı Ordumuzun Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmanlıq dastanı yazaraq düşmən işğalından azad etdiyi Şuşanın gəzməli-görməli yerlərini təqdim edirik", - deyə Fuad Nağıyev qeyd edib.

Çarxda Şuşanın gəzməli-görməli yerləri, o cümlədən tarixi Şuşa qalası, şair, istedadlı rəssam və xeyriyyəçi Xan qızı Xurşidbanu Natəvanın evi, Şuşa şəhərinin mərkəzi meydanında inşa edilmiş Yuxarı Gövhər ağa məscidi, mərkəzdən 150 metr məsafədə yerləşən Aşağı Gövhər ağa məscidi, Daşaltı dərəsindəki "Çətir şəlaləsi", XVIII əsrdə bir əkinçi tərəfindən aşkarlanan İsa bulağı, cıdır yarışlarının təşkil edildiyi və Novruz bayramlarının keçirildiyi Cıdır düzü haqqında məlumatlar təqdim olunur.

Qeyd edək ki, Agentlik tərəfindən bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlı və Zəngilanın gəzməli-görməli yerləri haqqında videoçarx təqdim olunmuşdu.

Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ videoçarxların hazırlanması nəzərdə tutulub.

0
Teqlər:
Qarabağ, Dövlət Turizm Agentliyi, tanıtım çarxı, gəzməli-görməli yerlər, video, Şuşa