Sumqayıt-Bakı yolunda tıxac, arxiv şəkli

Sumqayıt - Bakı yolunda güclü tıxac yaranıb

64
(Yenilənib 13:34 01.09.2019)
Yolun bir tərəfində qəbiristanlıqda dəfn mərasiminin keçirilməsi tıxaca səbəb olub

BAKI, 1 sentyabr — Sputnik. Bu gün səhər saatlarından Sumqayıt - Bakı yolunda güclü tıxac yaranıb.

Sputnik Azərbaycan “Report"a istinadən bildirir ki, tıxac magistral yolun Xırdalan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, yolun bir tərəfində qəbiristanlıqda dəfn mərasiminin keçirilməsi tıxaca səbəb olub. Əraziyə DYP əməkdaşları cəlb olunublar.

Hazırda tıxacın aradan qaldırılması üçün tədbirlər görülür.

64
Teqlər:
dəfn mərasimi, DYP, Bakı-Sumqayıt yolu, tıxac