Cərrahi əməliyyat, arxiv şəkli

Yaşlı kişinin küçədən tapdığı əşya əlində partladı

37
(Yenilənib 11:05 01.09.2019)
Cərrahiyyə şöbəsinə qəbul edilən A.Abbasov əməliyyat olunur

BAKI, 1 sentyabr — Sputnik. Salyanda bədbəxt hadisə baş verib.

Əl qumbaraları, arxiv şəkli
© Sputnik / Ramil Ibrahimov

Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan şəhəri Qulu Əsgərov küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1939-cu il təvəllüdlü Abbasov Aləddin Qasım oğlu küçədən tapdığı əşyanı yoxlayarkən anidən partlayıb. Nəticədə sol əlindən ciddi xəsarət alıb.

Yaralı dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda cərrahiyyə şöbəsinə qəbul edilən A.Abbasov əməliyyat olunur. Faktla bağlı araşdırma aparılır.

37
Teqlər:
əməliyyat, xəstəxana, yaşlı kişi, Salyan, partlayış
Əlaqədar
Tərtərdə partlayış: Ölən və yaralanan var