Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı-Moskva reysində olay: Təyyarə təcili Volqoqrada endi

© Sputnik / Maksim Blinov / Mediabanka keçidСамолет авиакомпании "Аэрофлот"
Самолет авиакомпании Аэрофлот - Sputnik Azərbaycan
Abunə olmaq
Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, sözügedən Bakı-Moskva aviareysi Rusiyanın "Aeroflot" aviaşirkətinə məxsusdur

BAKI, 31 avqust — Sputnik. Volqoqrad hava limanında 3 təyyarə təcili eniş edib. İki təyyarə sərnişinlərin özlərini pis etdikləri səbəbindən məcburən enib.

Sputnik Azərbaycan-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, cümə günü Moskva vaxtı ilə saat 22:00-da Krasnoyarsk-Simferopol aviareysi üzrə uçan təyyarə sərnişinin özünü pis etdiyinə görə təcili eniş edib. Sərnişin regional xəstəxanaya yerləşdirilib.

Türkiyənin Adıyaman vilayətində təlim təyyarəsi qəzaya uğrayıb - Sputnik Azərbaycan
Bunu da gördük: Təyyarə səmada helikopterlə toqquşdu, ölənlər var

Qroznıdan Moskvaya uçan ikinci təyyarə isə hidravlik mayenin düşməsi ilə əlaqədar Moskva vaxtı ilə 01:18-də Volqoqrad aeroportuna təcili eniş istəyib.

Volqoqradda təcili eniş edən digər təyyarə isə Bakı-Moskva reysi ilə hərəkət edirdi. Buna səbəb təyyarədə 60 yaşlı qadının özünü pis hiss etməsi olub. O, xəstəxanaya yerləşdirilib.

"Qroznı-Vnukovo və Bakı-Moskva reysləri üzrə uçan təyyarələr hələ də Volqoqraddadır, hazırda onların yola düşməsi gözlənilir. Krasnoyarsk-Simferopol marşrutu üzrə uçan təyyarə isə artıq təyinat yerinə göndərilib", - deyə Volqoqrad hava limanında bildirilib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan APA-ya verilən məlumata görə, sözügedən Bakı-Moskva aviareysi Rusiyanın "Aeroflot" aviaşirkətinə məxsusdur: "Təyyarənin Volqoqraddan Moskvaya nə vaxt uçacağı hələ məlum deyil".

Xəbər lenti
0