Ovçu, arxiv şəkli

İcazəsiz ov edən şəxs saxlanılıb

10
(Yenilənib 11:36 30.08.2019)
Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və o, 1066 manat məbləğində cərimə edilib

BAKI, 30 avqust — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonu Mahmudçala ovçuluq təsərrüfatında icazəsiz ov edən şəxs saxlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, ondan 1 ov tüfəngi, 18 patron və 12 cürə quşu götürülüb.

Araşdırma zamanı brakonyerin Neftçala rayonu Qaçaqkənd kənd sakini Bəxtiyar İsmayılov olduğu məlum olub.

Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və o, 1066 manat məbləğində cərimə edilib.

10
Teqlər:
tüfəng, cərimə, brakonyer, ovçu, ov
Əlaqədar
"Başıbəlalı" cəmiyyətə sədr seçkiləri olub
Nazirliyə müraciət: Vəziyyət təhlükəli həddə çatıb, onları vurmaq lazımdır
Daha bir problem həllini tapır: Ov icazəsi də “ASAN”laşır