Məhbus, arxiv şəkli

Gəncədə məhbus özünə xəsarət yetirib

26
İki saylı İstintaq təcridxanasında məhbus qarnını deşib

BAKI, 28 avqust — Sputnik. Gəncədə məhbus özünə mismarla xəsarət yetirib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında baş verib.

Orada saxlanılan 1993-cü il təvəllüdlü Ceyhun Əliyev qarın nahiyəsinin mismarla deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. İlkin məlumata görə, məhbus özü özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

26
Teqlər:
Gəncə, xəsarət, məhbus