CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Öz istəyi ilə evdən getdi, axtarışa verdilər

CC0 / Comfreak / childQadın və uşaq, arxiv şəkli
Qadın və uşaq, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Polisdən bildirilib ki, ana və övladlarının həyatı üçün heç bir təhlükə yoxdur

BAKI, 28 avqust — Sputnik. Qazaxda itkin düşən ana və övladları tapılıblar.

Qırğızıstanda xəstəxana - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda xəstə müalicə olunduğu klinikadan çıxaraq itkin düşüb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, rayon sakini, 1991-ci il təvəllüdlü Nərgiz Qasımova övladları - 2011-ci il təvəllüdlü Günel Qasımova və 2013-cü il təvəllüdlü Elgün Qasımovla Bakı şəhərində polis əməkdaşları tərəfindən tapılıb. Bu barədə onun yaxınlarına məlumat verilib. Qadın izahatında bildirib ki, öz istəyi ilə Bakı şəhərinə gedib. Polisdən bildirilib ki, ana və övladlarının həyatı üçün heç bir təhlükə yoxdur. Qeyd edək ki, N.Qasımova və övladları avqustun 4-də Qazax rayon Ağköynək kəndindəki evindən çıxaraq bir daha geri qayıtmayıblar.

Xəbər lenti
0