Traktor, arxiv şəkli

Babanın traktoru uşaqları xəstəxanalıq etdi

34
(Yenilənib 20:12 26.08.2019)
Yaralıların vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndəriliblər

BAKI, 26 avqust — Sputnik. Kürdəmirdə traktor aşıb, iki uşaq xəsarət alıb.

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, hadisə Sığırlı kəndində qeydə alınıb.

Kənd sakinləri - 2007-ci il təvəllüdlü Ömər Kamil oğlu Rüstəmli və 2009-cu il təvəllüdlü İlham Samir oğlu Rüstəmli babalarının idarə etdiyi traktorda hərəkətdə olarkən nəqliyyat vasitəsi aşıb. Nəticədə uşaqlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Yaralıların vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

34
Teqlər:
Kürdəmir, xəsarət, uşaqlar, traktor, qəza
PPX avtomobili, arxiv şəkli

Yaşayış yerini qanunsuz tərk edən aktiv COVID-19 daşıyıcılarına cinayət işi açıldı

5
(Yenilənib 18:31 30.11.2020)
Abşeron və Xətai rayonlarında qanunsuz olaraq evlərini tərk edən COVID-19 xəstələri polislər tərəfindən aşkarlanaraq evlərinə qaytarılıblar

BAKI, 30 noyabr — Sputnik. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi, Saray qəsəbəsində yaşayan Emin Cəfərquliyev saxlanılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, araşdırma zamanı müəyyən edilib ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı bir neçə dəfə tərk edib. Polislər müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə Emin Cəfərquliyevi evindən kənarda olan zaman ictimai yerdə müəyyən edərək yaşadığı evə qaytarıblar. Onun barəsində toplanan materiallar Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilib. E.Cəfərquliyev Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Daha bir oxşar tədbir Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də həyata keçirilib.

Belə ki, aktiv koronavirus xəstəsi olan, Xətai rayonu Ə.Quliyev küçəsində qeydiyyatda olan Zaur Əsədova həkimlər tərəfindən ev şəraitində müalicə təyin edilib. Bu şəxs isə qaydaları pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaratdığı üçün polislər tərəfindən saxlanılıb. Z.Əsədovun dəfələrlə polisin xəbərdarlıqlarına baxmayaraq yaşayış yerini tərk etməsi müşahidə kameraları vasitəsilə də lentə alınıb.

Onun barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

5
Teqlər:
xəstə, polislər, cinayət işi, Koronavirus, epidemiya, COVID-19, Azərbaycan, Karantin rejimi, karantin
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Qəza, arxiv şəkli

Biləsuvarda avtomobil kanala aşıb, ölən var

8
(Yenilənib 18:15 30.11.2020)
Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdirilib

BAKI, 30 noyabr — Sputnik. Biləsuvar rayonunun Çaylı kəndi ərazisində Cəlilabad rayon sakini İbrahim Qəfərzadə idarə etdiyi BMW markalı avtomobili kanala aşırıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdirilib. Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

8
Teqlər:
Biləsuvar, yaralılar, ölən, sürücü, kanal, BMW, avtomobil, qəza
Kitablar, arxiv şəkli

Qonkur mükafatının qalibi açıqlanıb

0
(Yenilənib 20:55 30.11.2020)
COVID-19 səbəbi ilə laureat bu dəfə hər il olduğu kimi, Parisin "Druan" restoranında deyil, videokonfrans vasitəsi ilə elan edilib

BAKI, 30 noyabr — Sputnik. Fransanın ən böyük ədəbiyyat mükafatı olan Qonkurun builki qalibi açıqlanıb.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu, fransız yazıçı Erve Le Telye olub. O, bu mükafata "Anomaliya" romanına görə layiq görülüb.

COVID-19 səbəbi ilə laureat bu dəfə hər il olduğu kimi, Parisin "Druan" restoranında deyil, videokonfrans vasitəsi ilə elan edilib.

Xatırladaq ki, Qonkur artıq yüz ildən çoxdur ki, fransız dilində yazılmış ən yaxşı romana verilir. Mükafat Qonkur qardaşlarının vəsiyyəti əsasında təsis edilib. Məbləği simvolik olaraq 10 avro təşkil etsə də, qalibə böyük nüfuz və yüksək tiraj qazandırır.

 

0
Teqlər:
kitab, Fransa, ədəbiyyat, mükafat