CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Axtarışda olan insan alverçisi tutuldu – Bəlkə, tanıdınız

© Sputnik / Murad OrujovGənc qadın, arxiv şəkli
Gənc qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İnterpol kanalları ilə beynəlxalq axtarışa verilən qadın ələ keçdi

BAKI, 26 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməliyyat-axtarış tədbirləri keçirib.

Sputnik Azərbaycan idarənin məlumatına istinadla xəbər verir ki, tədbirlər zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin insan alveri maddələri ilə axtarışa verilmiş Kazımova Natəvan İbrahim qızı tutularaq istintaq orqanına təhvil verilib.

© © DİN-nin mətbuat xidmətiKazımova Natəvan İbrahim qızı
Axtarışda olan insan alverçisi tutuldu – Bəlkə, tanıdınız - Sputnik Azərbaycan
Kazımova Natəvan İbrahim qızı

Kazımova Natəvan İbrahim qızı 1983-cü ildə Tovuz rayonunda anadan olub. Tovuz rayon sakinidir.

Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2018-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışa verilib.

Xəbər lenti
0