Qaz plitəsi, arxiv şəkli

Xaçmazda qaz xəttini texnika zədələdi

16
(Yenilənib 12:48 24.08.2019)
Hadisənin səbəbləri araşdırılır və əhalinin qazla təminatı üçün təxirəsalınmaz tədbirlər görülür

BAKI, 24 avqust — Sputnik. Bu gün səhər saatlarında Xaçmaz rayonunda Qusarçay istiqamətində qaz xəttini texnika ilə zədələyiblər.

"Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nəticədə 15 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb.

Hadisənin səbəbləri araşdırılır və əhalinin qazla təminatı üçün təxirəsalınmaz tədbirlər görülür.

16
Teqlər:
Xaçmaz, qəza, qaz xətti, qaz