Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda azyaşlı uşaq cərəyan vurması nəticəsində öldü

© Sputnik / Anar MustafayevЭлектрическая розетка, фото из архива
Электрическая розетка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azyaşlı pişiklə oynayarkən heyvan qaçaraq elektrik paylayıcısının korpusuna girib. Uşaq da pişiyin dalınca gedib və nəticədə onu cərəyan vuraraq öldürüb.

BAKI, 23 avqust — Sputnik. Bakıda azyaşlı faciəli şəkildə ölüb.

Пожар на территории Северной ТЭЦ в Мытищах - Sputnik Azərbaycan
Rusiyada elektrik stansiyasında qəza - ölən və yaralılar var

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, hadisə paytaxtın Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 8 yaşlı Ələkbərov Ələkbər Yusif oğlu qəsəbə ərazisində yerləşən yüksək gərginlikli elektrik paylayıcısının korpusuna toxunub və o elektrik cərəyanının vurması nəticəsində hadisə yerində ölüb.

İlkin məlumata görə, azyaşlı pişiklə oynayarkən heyvan qaçaraq elektrik paylayıcısının korpusuna girib. Uşaq da pişiyin dalınca gedib və nəticədə onu cərəyan vuraraq öldürüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti
0