Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktor müavini Qurban Yetirmişli

Azərbaycanda daha güclü zəlzələ ola bilərmi? - Qurban Yetirmişlidən şərh

89
(Yenilənib 10:57 22.08.2019)
Bu gün yerli vaxtla saat 09:41-də Gəncə stansiyasindan 41 km cənub-şərqdə Goranboy ərazisində zəlzələ qeydə alınıb

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 avqust — Sputnik. "Gəncədə qeydə alınan zəlzələ daha böyük təkanların baş verəcəyi barədə narahatlıq yaratmır".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib. O, maqnitudası kiçik təkanların yerin altında yığılıb qalmış enerjinin boşalmasına səbəb olduğunu söyləyib. Baş direktor ötən gecə respublika ərazisində 26 təkan olduğunu da bildirib. Onun sözlərinə görə, Gəncədə baş vermiş zəlzələyə görə narahat olmağa dəyməz.

Xatırladaq ki, yerli vaxtla saat 09:41-də Gəncə stansiyasindan 41 km cənub-şərqdə Goranboy ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

89
Teqlər:
Seysmoloji Xidmət Mərkəzi, Azərbaycan, zəlzələ
Əlaqədar
Azərbaycanda zəlzələ olub