MİQ-29, arxiv şəkli

Qəzaya düşən pilotumuzun nəşi Xəzərdən çıxarıldı

366
(Yenilənib 13:34 20.08.2019)
Avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək

BAKI, 20 avqust — Sputnik. İyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.

Полковник-лейтенант Атакишиев Рашад
Polkovnik-leytenant Rəşad Atakişiyev

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.

Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

366
Teqlər:
vida mərasimi, qəza, hərbi təyyarə, təyyarə
Əlaqədar
Xəzər dənizi üzərində itən "MiQ-29" təyyarəsi barədə yeni xəbər
Qəzaya uğrayan təyyarənin “qara qutu”su tapıldı - FOTO
Azərbaycanda hərbi təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi başlanılıb
Azərbaycanın hərbi təyyarəsi qəzaya uğrayıb