Təcili tibbi yardım avtomobili, arxiv şəkli

Bakıda ərəb turist öldü

39
(Yenilənib 00:16 15.08.2019)
Bakıda həkimlər ərəb turistin dadına yetişə bilmədilər

BAKI, 15 avqust — Sputnik. Bakı Dənizkənarı Milli Parkında Səudiyyə Ərəbistanından olan turist keçinib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı "Report" yayıb.  

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirovun verdiyi məlumata görə, ərəb turist Kukla Teatrının yaxınlığında ürək tutmasından ölüb.

"Hadisə barədə çağırış 21.54-də daxil olub. Ölən şəxs 50-55 yaş aralığındadır", - deyə o bildirib.

P.Əbubəkirovun sözlərinə görə, turist həkimlər hadisə yerinə gəlməmişdən dünyasını dəyişib.

39
Teqlər:
ərəb turist, ürəktutma, ölüm, Bakı, turist