Yol Patrul Xidmətinin maşını

Bakıda "unudulmaz" toy: qonaqlar bıçaqlandılar

500
(Yenilənib 23:57 14.08.2019)
1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən yaralılar əməliyyat olunublar.

BAKI, 14 avqust — Sputnik. Bakının Binəqədi rayonunda kütləvi dava olub.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, 9-cu mikrorayonda yerləşən "Üzeyir" şadlıq sarayında dava zamanı 4 nəfər bıçaqlanıb.

Bunlar Hüseynov Seymur Hidayət oğlu (28 yaş), Hüseynov Telman Allahverdi oğlu (40-a yaxın), Ağababalı Elton Mahir oğlu (27) və İbrahimov Mahir Ağababa oğludur (57).

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Onlar əməliyyat olunublar. Faktla bağlı araşdırma aparılır.

500
Teqlər:
bıçaqlama, yaralılar, Bakı, dava, toy