Polis

Bakıda bağdan "sərvət" çıxdı - sahibini həbs etdilər

69
(Yenilənib 19:01 14.08.2019)
Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib

BAKI, 14 avqust — Sputnik. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində xüsusi əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Ağalar Xəlilov paytaxt ərazisində saxlanılıb. Onun Xəzər rayonu Albalılıq bağlar sahəsində yaşadığı evə baxış zamanı 13 kiloqram çəkidə qurudulmuş marixuana və narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə edilən elektron tərəzi aşkar edilərək götürülüb. İlkin sorğu zamanı A.Xəlilov marixuananı Sabunçu rayonu Maştağa qəsəbəsində əkdiyini, kultivasiya yolu ilə yetişdirəndən sonra satmaq məqsədi ilə yaşadığı evə gətirdiyini bildirib.

Baş İdarə əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilərək A.Xəlilovun narkotik tərkibli bitkiləri əkdiyi Maştağa qəsəbəsindəki bağ sahəsinə baxış keçirilib. Nəticədə oradan yaş halda çəkisi 1 tona yaxın 168 ədəd çətənə bitkisi də aşkar olunaraq götürülüb. Qeyd edilən hər faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

69
Biznesmen, arxiv şəkli

Sağ əllə sol əl məsələsi: kasıbın pulu boğazdan rahat ötmürmüş

7
(Yenilənib 19:04 02.06.2020)
Z.Məmmədov aldığı rüşvətin həqiqi mənbəyini gizlətmək məqsədilə ianə adı altında rəsmiləşdirmək üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək, sonradan həmin pul vəsaitini təkrarən leqallaşdırıb

BAKI, 2 iyun — Sputnik. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində görülən işlərdən biri kimi iqtisadiyyatın bütün sahələrində sahibkarlıq subyektlərinin formalaşmasına dövlət səviyyəsində geniş imkanların yaradılması, habelə bu istiqamətdə qanunvericilik aktlarının qəbul edilməsi və uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi əlverişli formalaşmış biznes və investisiya mühitinin daha da güclənməsinə təkan verib.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla yanaşı, dövlətin iqtisadiyyatın inkişafı sahəsindəki siyasətinə kölgə salan bəzi sahibkarlıq subyektləri tərəfindən yol verilən korrupsiya və rüşvətxorluq kimi qanunsuz hallara qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.

Həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, "Fakt Araşdırıcı-N" MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Qida Təhlükəsizliyi Dövlət Agentliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı MMC-nin təsisçisi və direktoru Zeynal Məmmədovun 2017-2020-ci il tarixlərdə rəhbərlik etdiyi cəmiyyətə işə götürmək adı ilə vətəndaşlardan ümumilikdə 31 epizod üzrə cəmi 17 min manat məbləğində pulu bir neçə dəfə rüşvət kimi istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalarla həmçinin, Z.Məmmədovun öz qulluq mövqeyindən istifadə etməklə aldığı rüşvətin həqiqi mənbəyini gizlətmək məqsədilə ianə adı altında rəsmiləşdirmək üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək maliyyə əməliyyatları həyata keçirib həmin pul vəsaitini təkrarən leqallaşdırmasına şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 193-1.2.2, 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş küllü miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə təkrar leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Z.Məmmədova həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Qeyd edilən hüquqi şəxsin barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək "961" nömrəli "Çağrı Mərkəzi" və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

7
Əlaqədar
Belə faciəni heç adaşı Şekspir də təsəvvür edə bilməzdi
Bu gün otuz bir azərbaycanlı sevinir
Korrupsiya təhqiqatı: Musiqi məktəbinin direktoruna cinayət işi açıldı
"Serial" davam edir: Dövlət pullarını necə "yedikləri"nin sxemini açıqladılar - VİDEO
Prezident İlham Əliyev: "Xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin!"
Yaba, arxiv şəkli

Koronavirusa qarşı "milli" mübarizə: kişi arvadını yaba ilə "sağaltmaq" istədi

132
(Yenilənib 16:29 02.06.2020)
Samuxda koronavirusa yoluxan qadın ərinin etirazlarına rəğmən, xüsusi karantin xəstəxanasına yerləşdirilib

BAKI, 2 iyun — Sputnik. Samuxda koronavirusa yoluxan qadının əri həkim briqadasına və polisə yaba ilə hücum edib.

Sputnik Azərbaycan APA-ya istinadın bildirir ki, hadisə ötən gün qeydə alınıb.

Samux Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası polis əməkdaşlarının müşayiəti ilə rayonun Füzuli kəndində koronavirusa yoluxmuş bir qadını müalicə üçün xüsusi xəstəxanaya yerləşdirmək məqsədi ilə onun yaşadığı ünvana gedib. Bu zaman qadının həyat yoldaşı həkim briqadasının işinə maneçilik və müqavimət göstərərək əlindəki yaba ilə onlara hücum edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov faktı təsdiqləyib. Bildirib ki, həkimlərə hücum edən kişi dərhal zərərsizləşdirilib: “Həkimləri müşayiət edən polis əməkdaşları dərhal hadisəyə müdaxilə edib və həyatlarını riskə ataraq hücum edən şəxsi zərərsizləşdirərək saxlayıblar”.

E.Zahidov həmçinin qeyd edib ki, koronavirusa yoluxan qadın xüsusi karantin xəstəxanasına yerləşdirilib.

Qadınını əri barəsində isə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

132
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Maska taxmayanlara agentlikdən "sürpriz"
Daha bir antirekord - Koronavirusdan bir gündə 5 nəfər ölüb
Virusa yoluxub sağalmısınızsa, çox sevinməyin - Hər şey daha kəskin şəkildə qayıda bilər
On beş ağır xəstəyə 21 dəfə plazma köçürüldü
Bakı məktəblərin birində, arxiv şəkli

Bu il Bakı məktəblərini bitirəcək şagirdlərin sayı açıqlandı

0
(Yenilənib 15:25 03.06.2020)
Bu göstərici nəzərdə tutulan şagird qəbulu proqnozunun təxminən 90 faizinə yaxındır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

BAKI, 3 iyun — Sputnik. "2019-2020-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 30888, XI siniflərini isə 19736 nəfərin bitirməsi nəzərdə tutulur".

Sputnik Azərbaycan-a İdarədən verilən məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. İyunun 2-si saat 19:00-a olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 43408 uşaq üçün elektron sistem (www.mektebeqebul.edu.az ) vasitəsilə müraciət edilib. Bu göstərici nəzərdə tutulan şagird qəbulu proqnozunun təxminən 90 faizinə yaxındır.

0