CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Biləcəri stansiyasında ölümün təfərrüatları açıqlandı

© © ADY-nın mətbuat xidməti"Azərbaycan Dəmir Yolları" QSC Biləcəri stansiyası
Azərbaycan Dəmir Yolları QSC Biləcəri stansiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Gəncin həyatını xilas etmək mümkün olmayıb

BAKI, 14 avqust — Sputnik. Biləcəri stansiyasında bədbəxt hadisə baş verib.

"Azərbaycan Dəmir Yolları" QSC Biləcəri stansiyasında baş verən bədbəxt hadisə ilə bağlı açıqlama yayıb. Sputnik Azərbaycan-a QSC-dən verilən açıqlamada qeyd olunub ki, bu gün səhər saatlarında Biləcəri stansiyasında post növbətçisi 27 yaşlı Əli Möhübbəli oğlu Məmmədzadə növbədə olarkən iş başında xəsarət alıb. Hadisə yerinə Təcili Tibbi Yardım çağırılıb.

Əli Məmmədzadə dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Xəbər lenti
0