Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bazar səhəri qana boyandı: iki avtobusla minik maşını toqquşub, xeyli yaralı var

© REPORTGəncəyə hərbi hissəyə gedən mikroavtobus qəzaya uğrayıb
Gəncəyə hərbi hissəyə gedən mikroavtobus qəzaya uğrayıb - Sputnik Azərbaycan
Abunə olmaq
Mikroavtobusda olan sərnişinlər Gəncəyə "N" saylı hərbi hissəyə əsgərlərin andiçmə mərasiminə gedirlərmiş.

BAKI, 11 avqust — Sputnik. Şirvan yolunda iki avtobus, bir minik avtomobili toqquşub.

Sputnik Azərbaycan xəbər verir ki, ilkin məlumata görə, 19 yaralı var. 10 nəfər Şirvan xəstəxanasına, 9 nəfər Kürdəmir Mərkəzi rayon xəstəxanasına (MRX) aparılıb.

Kürdəmir MRX-dan verilən məlumata görə, buraya qəzada xəsarət almış 6 qadın, 2 kişi və bir azyaşlı oğlan gətirilib. Azyaşlının qolunun amputasiyası üçün Bakıya, Travmatologiya İnstitutuna, 2 kişinin isə Kliniki Tibbi Mərkəzə keçirilməsi qərara alınıb.

© REPORTGəncəyə hərbi hissəyə gedən mikroavtobus qəzaya uğrayıb
Gəncəyə hərbi hissəyə gedən mikroavtobus qəzaya uğrayıb - Sputnik Azərbaycan
1/5
Gəncəyə hərbi hissəyə gedən mikroavtobus qəzaya uğrayıb

2/5

© Photo : REPORTGəncəyə hərbi hissəyə gedən mikroavtobus qəzaya uğrayıb
Gəncəyə hərbi hissəyə gedən mikroavtobus qəzaya uğrayıb - Sputnik Azərbaycan
3/5
Gəncəyə hərbi hissəyə gedən mikroavtobus qəzaya uğrayıb
© REPORTGəncəyə hərbi hissəyə gedən mikroavtobus qəzaya uğrayıb
Gəncəyə hərbi hissəyə gedən mikroavtobus qəzaya uğrayıb - Sputnik Azərbaycan
4/5

5/5

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şirvan MRX-ya 4 kişi, 6 qadın çatdırılıb. Qadınların ikisində qapalı kəllə-beyin travması etimal olunur. Yaralıların hamısına lazımi yardım göstərilir.

Qaxda ağır qəza nəticəsində üç nəfər həlak oldu - VİDEO>>

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, qəzada yaralananların adları məlum olub. Bunlar Bakı sakinləri Qasımov Səxavət Saleh oğlu, Eyvazov Oktay Bəhruz oğlu, Eyvazova Aytəkin Məzahir qızı, Eyvazova İsmət Bəhruz qızı, Qasımova Güldanə Cavanşir qızı, Hacıyeva Səadət Böyükağa qızı, Rüstəmova Səkinə İbrahim qızı, Əlizadə Günel Zaur qızı, Eyvazov Bəhruz Oktay oğlu, Həsənov Qalib Cavanşir oğludur.

Xəbər lenti
0