Qəzalı vəziyyətdə olan elektrik transformatoru, arxiv şəkli

Yanğın qəsəbəni işıqsız qoydu

18
(Yenilənib 23:02 05.08.2019)
Güclü külək yanğına səbəb oldu

BAKI, 5 avqust — Sputnik. Güclü külək Tovuzda fəsadlar törədib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə rayonun Qovlar şəhəri, Mamed Mamedov küçəsində qeydə alınıb.

Güclü külək nəticəsində 370 ailənin istifadəsində olan 100 kilovattlıq transformator alısıb. Hadisə yerinə FHN-in Tovuz rayon Yanğından Mühafisə hissəsinin 2 yanğın söndürən briqadası cəlb olunub. Baş vermiş qəza nəticəsində 350-dən artıq ailə işıqsız qalıb.

Hadisə yerinə müvafiq struktur nümayəndələri gəliblər. Faktla bağlı araşdırma aparılır.

18
Teqlər:
Tovuz, transformator, işıq, yanğın