Meşə yanğını, arxiv şəkli

Azərbaycanda taxıl sahələrində başlayan yanğın təbiət qoruğuna adladı

13
(Yenilənib 19:12 05.08.2019)
Güclü küləyin təsirindən yanğın sürətlə yayılaraq Türyançay Dövlət Təbiət Qoruğunun ərazisinə keçib

BAKI, 5 avqust — Sputnik. Bu gün günorta saatlarında Oğuz rayonunun Söyüdlü, Qarabulaq və Kirovka kəndləri yaxınlığında biçilmiş taxıl sahələrində baş vermiş yanğın sonradan güclü külək nəticəsində meşə ərazisinə keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, nazirliyin yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti tərəfindən yanğın axşam saat 17 radələrində söndürülüb.

“Yanğın zamanı meşə fonduna aid 8 hektar ərazidə quru ot örtüyü və qaratikan, yemişan kolları yanıb. Eyni zamanda bu gün Oğuzun Astraxanovka kəndi yaxınlığında da yanğın hadisəsi qeydə alınıb. Burada da yanğına səbəb biçənək sahəsinə od vurulması olub. ETSN-in əməkdaşlarının və FHN-in yanğınsöndürənlərinin ciddi cəhdlərinə baxmayaraq, güclü küləyin təsirindən yanğın sürətlə yayılaraq Türyançay Dövlət Təbiət Qoruğunun ərazisinə keçib və 3 hektara yaxın quru ot örtüyü yanıb", - jurnalistilərə açıqlamasında ETSN-in mətbuat katibi İradə İbrahimova deyib.

"Təəssüf ki, hələ də taxıl biçinindən sonra ərazilərə od vurulur və nəticədə bu cür yanğın hadisələri baş verir. Havaların isti və küləkli keçməsi ilə əlaqədar ETSN bir daha əhalini, fermerləri odla ehtiyatlı olmağa, taxıl biçinindən sonra ərazilərə od vurmamağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır", - deyə İ.İbrahimova xəbərdarlıq edib.

13
Teqlər:
külək, təbiət qoruğu, qoruq, yanğın
Çaykənd kəndində duman, arxiv şəkli

Sabah bu insanlar üçün çox əlverişli hava olacaq

8
(Yenilənib 17:42 01.12.2020)
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, dekabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 1 dekabr — Sputnik. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Şimal küləyi əsəcək.

Bu barədə Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Dekabrın 2-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, dekabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

8
Qərənfil

Rusiyada Dövlət Təsviri İncəsənət Muzeyinin prezidenti vəfat edib

6
(Yenilənib 13:10 01.12.2020)
İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub

BAKI, 1 dekabr — Sputnik. Rusiyanın Əməkdar İncəsənət Xadimi, akademik, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti İrina Antonova vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, 100 yaşlı görkəmli sənətşünasın vəfat xəbərini, Muzeyin direktoru Marina Loşak yayıb.

İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub. 2013-cü ildə Rusiya Dövlət Muzeylərinin baş kuratoru vəzifəsinə təyin edilib. Elə həmin ildən Puşkin Muzeyinin direktoru vəzifəsindən azad edilib və onun üçün təsis edilən Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti vəzifəsini icra etməyə başlayıb.

Mərhum akademik çox sayda orden, medal və mükafatlarla təltif olunub.

6
Teqlər:
Prezident, Rusiya, muzey, təsviri incəsənət, Vəfat

Azərbaycanda hansı yol hərəkəti qaydaları daha çox pozulur

0
(Yenilənib 19:23 01.12.2020)
Ölkə üzrə ən çox hansı yol hərəkəti qaydalarının daha çox pozulması ilə bağlı statistika açıqlanıb. Siyahıda birinci yeri icazə verilən sürət həddinin aşılması ilə əlaqədar qayda pozuntuları tutur.
İnfoqrafika: Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə bağlı statistika
© Sputnik / Elnur Salayev

Azərbaycanın yol polisi əməkdaşları bu ilin yanvar-sentyabr ayları ərzində ölkə yollarında sürücülərin yol hərəkəti qaydalarını pozması ilə bağlı təxminən üç milyon fakt qeydə alıblar. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, qayda pozuntularının üçdə biri icazə verilən sürət həddinin aşılması ilə əlaqədardır.

İkinci yeri nəqliyyat vasitəsini düzgün saxlamamaq və ya səhv yerə park etməklə bağlı cərimələr tutur - 20,7%. Üçüncü yerdə isə yol işarələri və ya nişanlarının tələblərinə əməl etməməklə bağlı qayda pozuntuları durur.

Qeyd etmək lazımdır ki, koronavirus pandemiyası 2020-ci il üzrə yol hərəkəti qayadalarının pozulması statistikasına da öz təsirini göstərib. Tutulan protokolların 4.1%-i nəqliyyatda sanitar-gigiyena və karantin rejimini pozanların payına düşür.

Ümumilikdə sürücülər qayda pozuntuları ilə bağlı dövlət xəzinəsini 93,2 milyon manat həcmində cərimə ödəməli olublar.

Yol hərəkəti qaydalarının pozulması halları ilə bağlı statistika Sputnik Azərbaycan-ın İnfoqrafikasında daha geniş şəkildə öz əksini tapıb.

0