Polis

Polis Bakıda xüsusi əməliyyat keçirdi, saxlanılanlar var

25
(Yenilənib 20:35 05.08.2019)
Polis Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib

BAKI, 5 avqust — Sputnik. Binəqədi Rayon Polis İdarəsi və 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin müxtəlif nöqtələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı birgə əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, kompleks əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan İmişli rayon sakini Fərahim Əzizov, paytaxt sakinləri Elçin Soltanov, Rəşaiq Şeydayev və Qüdrət İslamov saxlanılıblar. Onların üzərlərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

25
Teqlər:
narkotik aludəçiləri, narkotik, polis, əməliyyat