CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda uşaq qəsəbəni işıqsız qoydu

© Sputnik / Anar MustafayevЭлектрический столб
Электрический столб - Sputnik Azərbaycan
Abunə olmaq
Çərpələngin yüksək gərginlikli elektrik xətti ilə toqquşması elektrik enerjisinin verilişində fasilə yaradıb

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Bu gün səhər saatlarında Abşeron rayonunun Saray qəsəbəsinin bir hissəsinə elektrik enerjisinin verilişində 10 dəqiqəyədək fasilə yaranıb.

Elektrik xəttlərinin təmiri - Sputnik Azərbaycan
CƏMİYYƏT
“Güclü küləyin fəsadlarının qarşısını almaq üçün tədbirlər görülür” – Azərişıq

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, hadisəyə qəsəbə sakini olan azyaşlının uçurduğu çərpələng səbəb olub. Belə ki, çərpələngin yüksək gərginlikli elektrik xətti ilə toqquşması elektrik enerjisinin verilişində fasilə yaradıb.

Son nəticədə "Saray 3" yüksək gərginlikli xəttinin ərazisinə düşən evlərdə işıqlar sönüb.

Qurumun mətbuat katibi Tanrıverdi Mustafayevin sözlərinə görə, artıq qəsəbədə işığın verilişi bərpa olunub və problem aradan qalxıb.

Xəbər lenti
0