BAKI, 3 avgust — Sputnik. Abşeron rayonunda döyülmə hadisəsi baş verib.
Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, hadisə Hökməli qəsəbəsi, Koroğlu küçəsində qeydə alınıb.Belə ki, 1990-cı il təvəllüdlü Kiçikbəyov Rüfət Hacıbala oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülüb.
R. Kiçikbəyov ailə üzvləri tərəfindən xəstəxanaya gətirilib. Həkimlər xəstəni aidiyyati üzrə müayinəyə götürüb və xəsarət alan şəxsə qapalı kəllə-beyin travması diaqnozu qoyublar.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar - Sputnik. Yanvarın 23-də Şahbuz seysmoloji stansiyasından 10 kilometr şimal-qərbdə Şahbuz rayonunda maqnitudası 4.2 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:22-də qeydə alınıb.
Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.