Seysmoqraf. Arxiv şəkli

Azərbaycanda zəlzələ olub

34
(Yenilənib 13:37 03.08.2019)
Bu gün Ağsuda zəlzələ olub

BAKI, 3 avqust — Sputnik. Bu gün yerli vaxtla 08:50-də Pirqulu stansiyasından 8 km qərbdə, Ağsu ərazisində, 13 km dərinlikdə 3.5 bal maqnitudalı zəlzələ qeydə alınıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytında məlumat yer alıb. Zəlzələ episentrdə və ətraf rayonlarda 3 bala qədər hiss olunub.

34
Teqlər:
hadisə, Azərbaycan, zəlzələ