Kondisionerlər, arxiv şəkli

İki qardaş 20 manat üstündə kondisioner ustasını döydü

59
(Yenilənib 00:05 01.08.2019)
Döyülən şəxs qohumunun səsləndirdiyi ifadələri şər-böhtan adlandırıb

BAKI, 1 avqust — Sputnik. Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə xaricdə yaşayan Məhəmməd Mirzəlinin qaynının döyülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən kafelərin birində qeydə alınıb. Binəqədi rayonu ərazisində Motodrom adlandırılan ərazidə məskunlaşan Elman Ağayev döyülərək müxtəlif dərəcəli xəsarətlər alması ilə bağlı nazirliyin "102 Zəng Mərkəzi"nə müraciət edib. Məsələ ilə bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirib və E.Ağayevin Masazırda kafe işlədən İlkin və Veysəl Rəciyev qardaşları tərəfindən döyülməsini müəyyən edilib. Qeyd edək ki, hər iki qardaş əvvəllər Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə məhkum olunub. Hazırda həmin qardaşlar saxlanılıb və Abşeron RPİ-nin Təhqiqat Şöbəsində araşdırma gedir. Araşdırma zamanı E.Ağayevin kondisioner ustası olduğu və mübahisənin də 20 manat borc üstündə yarandığı məlum olub.

Zərərçəkən şəxs sosial şəbəkələrdə xaricdə yaşayan qohumunun polis əməkdaşlarnını ünvanına səsləndirdiyi ifadələri şər-böhtan adlandırıb. O, hadisədən sonra polislərin onun başına gələn qanun pozuntusunu obyektiv araşdırdıqlarına görə daxil işlər orqanlarına minnətdarlıq edib.

Hazırda bu faktla bağlı İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir

https://www.facebook.com/mia.gov.az/videos/487236675367996/?v=487236675367996

59
Zəncir, arxiv şəkli

Qızını zəncirləyən kişi həbs edildi

12
(Yenilənib 15:59 24.09.2020)
Adil Həbiyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

BAKI, 24 sentyabr — Sputnik. Biləsuvar rayonu, Zəhmətabad kənd sakini Adil Həbiyevin yaşadıqları evdə qızını zəncirlə bağlı vəziyyətdə saxlaması, habelə onu döyüb işgəncə verməsi faktı ilə bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Sputnik Azərbaycan Biləsuvar rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, istintaqla 1970-ci il təvəllüdlü Adil Həbiyevin doğma qızı, 1989-cu il təvəllüdlü Bağdagül Həbiyevanın həyat tərzi ilə bağlı yaranmış narazılıqlara görə cari il aprelin 2-dən iyulun 9-dək Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən yaşadıqları evdə zəncirlə bağlayıb qanunsuz azadlıqdan məhrum edərək sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Adil Həbiyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilib.

12
Teqlər:
Biləsuvar, işgəncə, qız, zəncir, həbs
BakuBus avtobusu

"BakuBus" avtobusu qəzaya uğradı - VİDEO

25
(Yenilənib 11:52 24.09.2020)
Qəza Neftçilər prospekti, "Park bulvar"ın qarşısında baş verib. “BakuBus” şirkətinə məxsus 18 metrlik sərnişin avtobusu yol kənarındakı maneəyə çırpılıb

BAKI, 24 sentyabr — Sputnik. “BakuBus” avtobusu qəzaya uğrayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə baku.ws məlumat yayıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от BAKU.WS News Agency © (@baku.ws_official)

Bildirilir ki, qəza Neftçilər prospekti, "Park bulvar"ın qarşısında baş verib. “BakuBus” şirkətinə məxsus 18 metrlik sərnişin avtobusu yol kənarındakı maneəyə çırpılıb. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün səhər 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

25
Teqlər:
BakuBus, avtobus, qəza
MDU, arxiv şəkli

Rusiyada oxumağa gedənlərə müjdə: kvota iki dəfə artırılacaq təqaüdlər gözlənilir

0
(Yenilənib 18:37 24.09.2020)
Rusiyanın "Rossotrudniçestvo" agentliyinin rəhbəri Yevgeni Primakov hesab edir ki, yaxın xaric və Baltikyanı ölkələrdən olan abituriyentlərə Rusiya universitetlərində pulsuz yerlərin verilməsi formatı islah olunmalıdır.

BAKI, 24 sentyabr — Sputnik, Aleksey Stefanov. Rusiya Dövlət Dumasının deputatı Yevgeni Primakov bu il iyunun sonunda "Rossotrudniçestvo" agentliyinin rəhbəri təyin edilib. O, dərhal Rusiya agentliyinin fəaliyyətində ciddi dəyişikliklər vəd edib.

“Rossotrudniçestvo”nun yeni rəhbəri Rusiyanın ali məktəblərində xarici vətəndaşların təhsil alması üçün kvotaların ayrılması sistemini ağrılı mövzulardan biri kimi qeyd edib.

"Kvotaların sayı artacaq. Prezident deyib ki, onların sayı daha çox olacaq. 2023-cü ilə qədər kvotaların sayı iki dəfə artmalıdır. Amma biz Təhsil və Elm Nazirliyindən, Dövlət Dumasından olan həmkarlarımızla müzakirə edirik ki, kvota ilə bağlı söhbət özü o qədər də səmərəli deyil", – Primakov Sputnik agentliyinə bildirib.

O, Belarusu nümunə gətirib – bu ölkə üçün ali məktəblərdə çox sayda büdcə yerləri ayrılıb, lakin Rusiya üçün "hətta Polşa ilə rəqabət aparmaq çətindir".

"Polyaklar yalnız oxumağa imkan vermir, həm də bəzi təqaüdlər, tələbələr üçün qrantlar ayırırlar. Biz əgər uşaqlara yalnız gəlmək və oxumaq təklif ediriksə, rəqabət aparmaq çətindir. Sistemi təkmilləşdirmək lazımdır ki, müəyyən məqamda heç olmasa bu kvotaların bir hissəsində qrantlar və təqaüdlər komponenti olsun. Yalnız "gəl oxu" yox, həm də təyyarə bileti, ev və ya yataqxana haqqını ödəmək imkanı olmalıdır", – Primakov bildirib.

O deyib ki, "Rossotrudniçestvo" əcnəbi tələbələrin Rusiyaya gələrək təhsil aldıqları sahədə yüksək səviyyəli mütəxəssis və ekspert olmalarında, təhsil alandan sonra isə evə qayıdaraq orada onlar üçün əhəmiyyətli mövqe tutmasında, yaxşı işlərinin olmasında maraqlıdır. Lakin indiki sistemdə bu planları həyata keçirmək tez-tez mümkün olmur.

“Rusiyaya gələn uşaqlar var ki, onlar ağır şəraitə düşürlər, dalandar, taksi sürücüsü kimi işləməyə gedirlər. Bu, hətta bizim büdcə vəsaitlərimizin bu uşaqların təhsilinə xərclənməsi baxımından da düzgün deyil", – Primakov bildirib.

O, əlavə edib ki, hələ ki kvotaların ayrılması sistemində islahatların aparılması ilə bağlı aydın planlar yoxdur, problem hələ yalnız müzakirə olunur. Lakin Primakov əmindir ki, islahatsız artıq olmaz.

Xarici tələbələr üçün büdcə yerlərinin 15 mindən 30 minə artırılması məsələsi 2020-ci ilin əvvəlində Dövlət Dumasında geniş müzakirə olunub. Həmin vaxt Dumanın MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov 15 min yerin Rusiyanın beynəlxalq roluna və humanitar qüvvəsinə uyğun gəlmədiyini deyib. O da təkcə Belarus vətəndaşları üçün 10 min büdcə yeri ayıran Polşanı və hər il 5 min Moldova vətəndaşını pulsuz oxudan Rumıniyanı nümunə gətirib. Halbuki Rusiyada təhsil almaq üçün müraciət edən əcnəbilərin sayı 100 min nəfərə yaxındır. Nəticədə, Təhsil və Elm Nazirliyi əcnəbi tələbələr üçün kvotaların sayını 30 min nəfərə qədər artırmağı planlaşdırır.

 

0
Teqlər:
Rossotrudniçestvo, Yevgeni Primakov