CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıya gələn mikroavtobus qəzaya düşdü, ölən və yaralılar var - VİDEO

© TRENDДТП в Ростовской области
ДТП в Ростовской области - Sputnik Azərbaycan
Abunə olmaq
"Volkswagen Crafter" markalı mikroavtobus qarşı tərəfdən gələn "MAN" markalı yük maşını ilə toqquşub

BAKI, 29 iyul — Sputnik. Rusiyanın Rostov vilayətində Azərbaycan vətəndaşlarını aparan mikroavtobus yük maşını ilə toqquşub. Bu barədə Sputnik Azərbaycan "Ren TV"yə istinadən xəbər verir.

Məlumata əsasən, qəza nəticəsində iki həmyerlimiz ölüb, 8 nəfər müxtəlif xəsarətlər alıb.

Belə ki, bu gün səhər saatlarında M-4 "Don" trasının 958-ci kilometrində 13 sərnişini aparan "Volkswagen Crafter" markalı mikroavtobus qarşı tərəfdən gələn "MAN" markalı yük maşını ilə toqquşub.

Məlumata əsasən, "Volkswagen" markalı mikroavtobusda 13 sərnişin olub. Onların hamısı Azərbaycan vətəndaşı olublar və Moskvadan Bakıya gəlirmişlər.

Yol qəzası nəticəsində "Volkswagen" markalı avtomobilin sürücüsü və sərnişini vəfat edib.

Xəbər lenti
0