CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qonaqlarını dənizə gətirən 18 yaşlı gənc batdı

© Sputnik / Irade JELILFHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Buzovna məntəqəsi
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Buzovna məntəqəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Qohumlarından bir neçə nəfər öz Əzizin xilasetmə əməliyyatına qoşulmaq istəsə də, onlar da boğulublar və FHN-in əməkdaşları tərəfindən xilas edilərək xəstəxanaya yerləşdiriliblər

BAKI, 29 iyul — Sputnik. Paytaxtın Xəzər rayonunda tələbə oğlan dənizdə çimərkən boğulub.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, iyulun 27-də Şüvəlan qəsəbəsində 2001-ci il təvəllüdlü Əliyev Əziz Zaur oğlu dənizdə çimərkən boğulub. 

Göldə batan adam, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Göygöldə iki oğlan boğuldu
Yaxınlarının bildirdiyinə görə, o, çimərliyə Rusiyada yaşayan qohumları ilə gəlibmiş. Ə.Əliyev boğularkən onlara qonaq gəlmiş xalasının həyat yoldaşı da yanında olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sularda Xilasetmə xidmətinin əməkdaşları xalasının həyat yoldaşını xilas ediblər. Lakin Ə.Əliyevin axtarışları davam etdirilir.

Qohumlarından bir neçə nəfər öz təşəbbüsü ilə Ə.Əliyevin xilasetmə əməliyyatına qoşulmaq istəsə də, onlar da boğulublar və FHN-in əməkdaşları tərəfindən xilas edilərək xəstəxanaya yerləşdiriliblər.

Xəbər lenti
0