CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda istirahət mərkəzində faciə - 3 yaşlı uşaq öldü

© pixabay / leversandpulleysQadın sürücü
Qadın sürücü - Sputnik Azərbaycan
Abunə olmaq
Qadın sürücü 3 yaşlı uşağın ölümünə səbəb oldu

BAKI, 26 iyul — Sputnik. Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən "Bavarius" istirahət mərkəzinin avtomobil dayanacağında qadın sürücü 90-DP-574 dövlət qeydiyyat nişanlı "Kia Sportage" markalı avtomobilini arxaya verərkən 3 yaşlı Əlisəfa Mustafayevi vurub.

Bakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda istirahətdən qayıdan ailə yolda şok yaşadı

Sputnik Azərbaycan Baş Polis İdarəsinin və Bakı Şəhər Prokurorluğunun birgə məlumatına istinadla xəbər verir ki, qəza sürücü, 1974-cü il təvəllüdlü Gülnarə Müslümova tərəfindən törədilib.

Ə. Mustafayev aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlər müəyyənləşdirilərək dindirilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0