CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı metrosunda təşvişə düşən sərnişinlər vaqonu tərk etdilər

© Sputnik / Anar MustafayevПоезд на станции Эльмляр Академиясы Бакинского метрополитена
Поезд на станции Эльмляр Академиясы Бакинского метрополитена - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı metrosunda qəribə səs vaqondakı bir neçə sərnişində qorxu yaradıb

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 13 iyul — Sputnik. Bu gün saat 10 radələrində metronun “Elmlər Akademiyası” stansiyasında  tunelə daxil olan qatarda vaqonların birində həyəcanlı anlar yaşanıb. 

Логотип бакинского метрополитена - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda 76 metro stansiya olacaq, bəzilərinin adı və ünvanı bəllidir
Qapılar açılar-açılmaz vaqondan hövlnak düşən sərnişinin hadisə yerində olan Sputnik Azərbaycan-ın əməkdaşına verdiyi məlumata görə, onunla üzbəüz olan oturacaqdan qəribə səs gəlib. 

Məsələyə aydınlıq gətirmək, hadisənin hansı səbəbdən baş verdiyini öyrənmək üçün “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədovla əlaqə saxladıq. B.Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında faktı təsdiqləyərək son vəziyyəti açıqladı: “09:47-də metronun “Elmlər Akademiyası” stansiyasında belə bir hadisə baş verib. Qatarın havalandırma sisteminin səsində xışıltı olub. Həmin səs bir neçə nəfərdə qorxu yaradıb”.

“Lakin mənə bildirilib ki, hazırda həmin qatarın hərəkətində hansısa problem, texniki nasazlıq yoxdur. Həmin qatar xətdədir”, - deyə mətbuat katibi əlavə edib.

Xəbər lenti
0