Yanmış avtomobil, arxiv şəkli

Azərbaycanda istirahətdən qayıdan ailə yolda şok yaşadı

507
(Yenilənib 01:32 12.07.2019)
Yeni aldığı maşını hərəkətdə olarkən alışdı

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 11 iyul — Sputnik. Quba-Bakı magistralında avtomobil yanıb.

Sputnik Azərbaycan-ın müxbiri xəbər verir ki, hadisə magistralın Şabran rayonu hissəsindən keçən yolda baş verib. Qubadan istirahətdən qayıdan ailənin "Mercedes Vito" markalı avtomobili öz-özünə yanmağa başlayıb. Avtomobilin sahibi yüngül yanıq xəsarətləri alıb.

Hadisə yerinə Şabran və Siyəzən rayonlarının Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəliblər.

Zərərçəkən bildirib ki, avtomobili yenicə alıbmış.

507