CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zuğulbada xilasediciləri niyə döydülər - səbəb

© Sputnik / Irade JELILBilgəh çimərliyi
Bilgəh çimərliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Məsələ ilə bağlı Xəzər rayonu Polis İdarəsinin 2-ci polis bölməsində araşdırma aparılır

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 11 iyul — Sputnik. Zuğulba çimərliyində xilasedicilər sərxoş halda olan şəxslər tərəfindən döyülüblər.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov - Sputnik Azərbaycan
Ekspert çimərliklərdən danışdı: Bakı ətrafında təmiz çimərlik yoxdur

Sputnik Azərbaycan xəbər verir ki, ötən gün Zuğulba çimərliyində 4 nəfər şəxs Buzovna qəsəbə sakinləri - xilasedicilər 1980-ci il təvəllüdlü Mehdiyev Ramil və Mahmudov Hüseyni döyüblər.

Məlumata görə, şəxslər sərxoş olublar. Dəniz küləkli olduğu üçün xilasedicilər onlara dənizdə çimməyin qadağan olduğunu bildirib. Həmin şəxslər xilasedicilərin çağırışına əməl etməyib, söyüş söyüb, kobud ifadələr işlədib və onlara xəsarət yetiriblər.

Mehdiyev Ramil qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Məsələ ilə bağlı Xəzər rayonu Polis İdarəsinin 2-ci polis bölməsində araşdırma aparılır.

Xəbər lenti
0