Pul kisəsi, arxiv şəkli

Bakıda Almaniya vətəndaşının başına ömrü boyu unutmayacağı gəldi

237
(Yenilənib 22:42 10.07.2019)
Almaniya səfirliyinin ikinci katibi Hayke Mökel polis əməkdaşlarına minnətdarlıq edib

BAKI, 10 iyul — Sputnik. Bakı şəhərində müvəqqəti yaşayan Almaniya vətəndaşı Hayke Mökel DİN-in 102 xidmətinə müraciət edərək, Nərimanov rayonunda yerləşən idman komplekslərindən birində ona məxsus içərisində 250 manat, şəxsi sənədlər və bankomat kartlarının olduğu pul kisəsini naməlum şəraitdə itirdiyini bildirib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, məlumat daxil olan kimi Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsi əməkdaşları tərəfindən görülən işlər nəticəsində əcnəbi vətəndaşın pul kisəsi içində olan əşyalar və pulla birlikdə qısa zamanda tapılaraq sahibinə qaytarılıb.

H.Mökel operativliyə və ona həyatı boyu unutmayacağı köməklik göstərdiklərinə görə polis əməkdaşlarına minnətdarlıq edib.

Xatırladaq ki, Hayke Mökel Almaniya səfirliyində ikinci katib vəzifəsində çalışır.

237