CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəkidə mikroavtobus aşıb, ərəb qonaqlarla yerlilər yaralanıblar

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər

BAKI, 10 iyul — Sputnik. Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisində mikroavtobus qəzaya uğrayıb.

Masallıda baş verən dəhşətli qəza - Sputnik Azərbaycan
HADİSƏ
Dövlət qurumunun qəza törədən sürücü ilə bağlı açıqlaması yanlış imiş - RƏSMİ

Sputnik Azərbaycan xəbər verir ki, hadisə zamanı 5 nəfər yaralanıb. Onlardan ikisi Misir vətəndaşıdır.
Qəzada Misir vətəndaşı, 1960-cı il təvəllüdlü Aşra Calal Saad oğlu, 2007-ci il təvəllüdlü Selcan Cəlal, 1989-cu il təvəllüdlü Rüstəmov Anar Eyvaz oğlu və 1966-cı il təvəllüdlü İsayeva Nüşabə Cümə qızı xəsarət alıblar. Beşinci şəxsin adı hələ məlum deyil.
Xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0