CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdan Astaraya sərnişin daşıyan narkoman sürücü saxlanıldı

© Sputnik / Rahim MuradovAstara Rayon Polis Şöbəsi
Astara Rayon Polis Şöbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
"Baxış zamanı onun idarə etdiyi avtomobildən də narkotik vasitə və bir ədəd şpris aşkar edilərək götürülüb"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 10 iyul — Sputnik. Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları güclü təsiredici narkotik vasitənin təsiri altında sərnişin daşıyan sürücünü saxlayıblar. Eyni zamanda, onun idarə etdiyi avtomobildən də narkotik vasitə aşkarlanıb.

Masallıda baş verən dəhşətli qəza - Sputnik Azərbaycan
HADİSƏ
Səhəri bəd xəbərlə açdıq: Ağır qəzada 8 nəfər yerindəcə öldü

Sputnik Azərbaycan-ın bölgə müxbirinin DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan əldə etdiyi məlumata görə, taksi kimi idarə etdiyi “Tofaş” markalı minik avtomobili ilə Bakıdan Astaraya sərnişin daşıyan Bakı şəhəri Bülbülə qəsəbəsinin sakini Əvəz Abbasov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Astara şəhəri ərazisində Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan zaman nəqliyyat vasitəsini idarə etmək üçün ona verilən etibarnamənin vaxtının bitdiyi, avtomobilin isə texniki baxışdan keçmədiyi müəyyən edilib. Bundan əlavə, hərəkətləri şübhə doğurduğu üçün o, tibbi müayinəyə dəvət edilib. Saxlanılan Ə. Abbasovun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib. Polis əməkdaşlarının onun idarə etdiyi nəqliyyat vasitəsinə keçirdikləri baxış zamanı avtomobildən narkotik vasitə və bir ədəd şpris aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma davam etdirilir.

Xəbər lenti
0