Masallıda baş verən dəhşətli qəza

Dəhşətli qəza ilə bağlı açıqlama Sürücü qanunsuz fəaliyyət göstərirmiş

428
(Yenilənib 14:56 09.07.2019)
“Riskləri nəzərə alaraq, övladlarınızı düşünərək ehtiyatlı olmaqda fayda var!”

BAKI, 9 iyul — Sputnik. Dövlət Avtomobil Nəqliyyatı Xidməti Masallıda baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.

Xidmətdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı-Lerik istiqamətində hərəkət edən və qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən Lerik rayon sakini Nizami Mustafayevə məxsus "Mercedes Vito" markalı avtonəqliyyat vasitəsi bu gün səhər saatlarında Masallı şəhəri yaxınlığında yük avtomobili ilə toqquşub: "Qəza nəticəsində 8 nəfər dünyasını dəyişib. Dəfələrlə sərnişinlərimizə müntəzəm qanuni daşımalardan istifadə edərək, ancaq avtovağzal və avtostansiyalardan hərəkət edən avtobuslardan istifadə etmələrinin vacib olduğu bildirilsə də, təəssüflər olsun ki, sərnişinlər mənzil başına daha tez çatmaq bəhanəsi ilə bu cür qeyri-qanuni daşımalardan istifadə edirlər. Dəfələrlə qeyri-qanuni daşımalara qarşı Dövlət Yol Polisi ilə birgə keçirdiyimiz monitorinqlər vaxtı qanunsuz mikroavtobuslar təsbit edilərkən sərnişinlər bu cür işbazları müdafiə edir, qohum olduqlarını iddia edirlər. Nəticədə də belə hallar baş verir. Bu gün qəzada ölənlərin 3-ü uşaq olub. Əziz sərnişinlər, respublikanın sərnişin axını sıx müşahidə olunan bütün avtovağzallarından avtobusların sayı artırıldığı üçün siz heç bir problem olmadan qanuni daşımalarla səfərinizi daha təhlükəsiz başa vura bilərsiniz. Təbii ki, qəza hər iki daşıma növü üçün mümkündür. Amma sərnişindaşıma üçün standartlara cavab verməyən bu mikroavtobuslar qəza zamanı ciddi deformasiyaya uğrayır. Odur ki, riskləri nəzərə alaraq, övladlarınızı düşünərək ehtiyatlı olmaqda fayda var!"

428
Əlaqədar
Daha bir ağır qəza: “Jiquli” arakəsməyə çırpılıb, qarşı tərəfə düşdü
Masallıdakı dəhşətli qəzanın səbəbi bəlli oldu – ADLAR