Masallıda ağır yol qəzası

Masallıdakı dəhşətli qəzanın səbəbi bəlli oldu ADLAR

419
(Yenilənib 13:57 09.07.2019)
Hadisəyə sürücünün sükan arxasında yuxulamasının səbəb olduğu ehtimal olunur

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 9 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün səhər Masallıda ağır yol qəzasında üç ailənin 8 üzvü ölüb, 2-si xəsarət alıb. Hadisə bu gün səhər saatlarında Ələt-Astara-İran sərhəd yolunun 136-cı km-də, Masallı rayonunun Hüseynhacılı kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Lerik rayon sakini  Nizami Mustafayevin idarə etdiyi "Mercedes" markalı 99 LH 458 dövlət qeydiyyat nişanlı mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan, Salyan rayon sakini, 1988-ci il təvəllüdlü  Elvin Zeynalovun idarə etdiyi "KamAZ" markalı 10-MG-329 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb. Nəticədə Bakı şəhərindən şadlıq mərasimindən qayıdan yaxın qohumlar aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər.

Sputnik Azərbaycan xəbər verir ki, son dəqiqləşdirmələrə görə, qəza zamanı 8 nəfər ölüb, 2 nəfər xəsarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza baş verən zaman arxada daha bir avtomobildə ailənin digər qohumları da olub. Hadisə onların gözü qarşısında baş verib. Lakin həmin avtomobil qəzadan yayınıb. Ölən və yaralananlar Lerik rayonunun Kəlvəz kənd sakinləridir. Meyitlər müayinə olunmaq üçün aidiyyati üzrə təhvil verilib. Mikroavtobusun sürücüsünün yüngül xəsarət aldığı bildirilir. O, fakt üzrə dindirilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiqləşməsə də sürücünün sükan arxasında yuxulaması ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Qəza nəticəsində ölən və yaralananların tam siyahısını təqdim edirik:

Ölənlər.

1. Tağıyev Əlizahir Atalı oğlu - 2002-ci il

2. Rzayev Əsgər Hikmət oğlu - 1983-cü il

3. Rzayev Hikmət Əsgər oğlu - 2002-ci il

4. Rzayev Azər Əsgər oğlu - 2008-ci il

5. Rufullayev Ayxan Natiq oğlu - 2016-ci il

6. Məmmədova Gültac Ələkbər qızı - 1996-cı il

7. Məmmədova Aytac Ələkbər qızı - 1995-ci il

8. Məmmədov Elgün Ələkbər oğlu - 1997-ci il

Yaralılar

1. Rzayeva Ruhiyyə Əkbər qızı - 1985-ci il

2. Tağıyeva Milana Atalı qızı - 1995-ci.

419
Əlaqədar
Səhəri bəd xəbərlə açdıq: Ağır qəzada 8 nəfər yerindəcə öldü