CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı şəhər Baş Polis İdarəsi təkzib etdi - Elə şey olmayıb

© Photo : AZƏRTACBakı şəhər Baş Polis İdarəsi
Bakı şəhər Baş Polis İdarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı toplanmış materiallar Xətai rayon Prokurorluğuna göndərilib

BAKI, 8 iyul — Sputnik. Sosial şəbəkələrdə Xətai rayon 36-cı Polis Bölməsində şəhid ailəsinə təzyiq olunması ilə bağlı videogörüntülər yayılıb.

Ailə üzvü Arzu Əliyeva iddia edir ki, polislər bölmədə ona ağır bədən xəsarətləri yetiriblər.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bununla bağlı Sputnik Azərbaycan-a açıqlama verərək Arzu Əliyevanın iddialarını təkzib edib.

Onun sözlərinə görə, məlumat hüquq-mühafizə orqanları ilə heç bir dəqiqləşdirmə aparılmadan əsassız yayılıb, iddialar dezinformasiyadır, təxribat xarakteri daşıyır.

İsmayıllı yolunun kənarındakı ticarətçi uşaqlar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Polis küçə ticarətçilərinə xəbərdarlıq etdi

"Xətai rayonunda yaşayan Arzu Əliyevanın oğlunun əsassız olaraq bölməyə aparılması və ailə üzvlərinə qarşı təzyiq və xəsarət yetirilməsi ilə bağlı iddialları həqiqəti əks etdirmir, baş verənləri gizlətmək məqsədi daşıyır. İyulun 6-da A.Əliyevanın oğlu, 1996-cı il təvəllüdlü Cahangirov Qorxmaz Rəhman oğlu velosiped oğurluğunda şübhəli kimi Xətai RPİ 36-cı Polis Bölməsinə gətirilib. Üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 0,85 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək, Xətai RPİ İstintaq şöbəsinə göndərilib" - E. Hacıyev əlavə edib.

Xidmət rəisi qeyd edib ki, həmin tarixdə 36-cı bölməyə gəlmiş Q.Cahangirovun anası - 1970-ci il təvəllüdlü, Xətai rayonunda yaşayan A.Əliyeva özünü şəhid ailəsinin üzvü kimi təqdim edərək oğlunun sərbəst buraxılmasını tələb edib, həmçinin polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr səsləndirməklə, bölmənin giriş qapısının şüşəsini sındırmaqla əl-üz nahiyələrinə qəsdən xəsarət yetirib. Eləcə də, bölmənin məsul növbətçisinin göz nahiyəsinə yumruq zərbələri endirərək xəsarət yetirib və qol saatını sındırıb.

Faktla bağlı toplanmış materiallar Xətai rayon Prokurorluğuna göndərilib.

Oğurluqda şübhəli bilinən Q.Cahangirov barəsində cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri davam etdirilir.

Xəbər lenti
0