Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lənkəranda ağır qəza: Ölən və yaralananlar var

© Sputnik / Rahim MuradovYardımlı rayonunda ağır qəza
Yardımlı rayonunda ağır qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Yüksək sürətlə gələn "Mercedes" "QAZ-52" yük maşınına çırpılıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 6 iyul — Sputnik. Lənkəran rayonu ərazisində ağır yol qəzası baş verib. Sputnik Azərbaycan-n bölgə müxbirinin verdiyi məlumata görə, qəza Lənkəran rayonun Gərmətük kəndi ərazisində qeydə alınıb.

Yol kənarına aşmış maşın - Sputnik Azərbaycan
HADİSƏ
"Duzlu göl" yaxınlığında qəza, Avtomobil yoldan çıxaraq aşdı

Türkəkəran kənd sakini, 1993-cü il təvəllüdlü Hakim Tahirov idarə etdiyi "QAZ-52" markalı yük avtomobilini yolayrıcında döndərmək istəyərkən, arxadan eyni istiqamətdə gələn Siyavar kənd sakini, 1978-ci il təvəllüdlü Rasim Adət Quliyevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili yük avtomobilinə çırpılıb. Qəza nəticəsində "QAZ-52" markalı yük avtomobili aşıb və sürücü hadisə dünyasını dəyişib.

Yük avtomobilində olan sərnişin Gərmətük kənd sakini, 1964-cü il təvəllüdlü Ehtiram Nurullayev və "Mercedes"in sürücüsü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Qəzada ağır yaralanan E.Nurullayev xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma davam edir.

Xəbər lenti
0