Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ağsuda sürünən "əjdaha" ilə bağlı açıqlama

CC BY 4.0 / Tərxan Paşazadə / Ağsu aşırımı (cropped)Агсуинский перевал, фото из архива
Агсуинский перевал, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
"Mən 40 ildir ki, ilanlarla bağlı araşdırma aparıram, amma indiyədək Azərbaycanda bu ilan növü ilə nə mən, nə də ki məndən əvvəl rastlaşan olmayıb"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 iyun — Sputnik. Bu gün mətbuatda Ağsu rayonunda qorxunc buynuzlu ilanın öldürülməsini əks etdirən məlumat yayılıb. Xəbərə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 150-ci kilometrliyində, Ağsu dolaylarında baş verib. Məlumata görə, Ağsu aşırımında istirahət edən şəxslərdən biri axşam saatlarında dərədən qəribə səs eşidib. Həmin şəxs bunu keçi səsinə oxşadıb və dərəyə enərkən üzləşdiyi mənzərədən dəhşətə gəlib. Dərədə boz rəngli, təxminən 1,5 metrdən uzun olan ilanabənzər buynuzlu vəhşi heyvanı görən şəxs yaxınlıqdakı yerləşən kafedəki adamlardan kömək istəyib. Həmin şəxslərin köməyi ilə ilanı zərərsizləşdirmək mümkün olub.

Змея - Sputnik Azərbaycan
HADİSƏ
Ondan artıq şəxsi ilan sancdı - Azərbaycanda

Öldürülən vəhşi sürünənin bədən hissəsi təhlükəli "Qafqaz gürzəsi"nə bənzəyir. Heyvanın kiçik ayaqlarının da olduğu bildirilir.

Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aparıcı elmi işçisi Təvəkkül İsgəndərov bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir: "Mən 40 ildir ki, ilanlarla bağlı araşdırma aparıram, amma indiyədək Azərbaycanda bu ilan növü ilə nə mən, nə də ki məndən əvvəl rastlaşan olmayıb. Bu ilan növü tropik ölkələrdə rast gəlinən buynuzlu gürzədir. Onların buynuzu nazik dəri qatı ilə əhatə olunub. Təhlükə olduqda, onlar fısıldadıqda buynuzları qabararaq çıxır. Bu ilan növünə hələki Azərbaycanda rast gəlinməyib. Ola bilər ki, kimsə internetdən şəklini tapıb, yaxud da kimdənsə əlinə keçib, belə bir ssenari qurub. Azərbaycanda yalnız qabarıq gürzəyə rast gəlinib. Amma onun gözü belə dairə şəklində yox, şaquli olur. Buynuzlu gürzə ilan növü isə Azərbaycanda yoxdur".

Xəbər lenti
0