Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yanan "Karvan"ın sahibinin başı yenə dərddə: yeni ticarət mərkəzi də alışdı

© Sputnik / Murad OrujovСотрудники МЧС Азербайджана на тушении пожара в ТЦ "Диглас"
Сотрудники МЧС Азербайджана на тушении пожара в ТЦ Диглас - Sputnik Azərbaycan
Abunə olmaq
2013-cü ildə yanmış "Karvan" ticarət mərkəzinin sahibi - Əhədovlar ailəsinin açdığı yeni "Maxx" alovlara bürünüb

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 24 iyun — Sputnik. Sumqayıt şəhərində yerləşən tanınmış ticarət mərkəzində yanğın baş verib.

© Sputnik / Kamal Almuradlı"Maxx" ticarət mərkəzinin anbarında yanğın
Yanan Karvanın sahibinin başı yenə dərddə: yeni ticarət mərkəzi də alışdı - Sputnik Azərbaycan
"Maxx" ticarət mərkəzinin anbarında yanğın

Sputnik Azərbaycan xəbər verir ki, gecə saatlarında şəhərin Sülh prospektində yerləşən 3 mərtəbəli "Maxx" ticarət mərkəzinin anbarında yanğın başlayıb. 60 m² sahəni əhatə edən anbarda geyim əşyaları, həmçinin, 100 m² konstruksiyalar yanıb. Əraziyə dərhal 2 yanğınsöndürən avtomobil, təcili tibbi yardım maşınları və canlı qüvvə cəlb edilib. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Deyilənə görə, bu mərkəz 2013-cü ildə yanaraq ölkədə böyük səs-küyə səbəb olmuş "Karvan" ticarət mərkəzinin sahibi olan Əhədovlar ailəsinə məxsusdur. Qeyd edək ki, adıçəkilən ticarət mərkəzi bir neçə aydır ki, fəaliyyət göstərir.

Xəbər lenti
0