Yanğın, arxiv şəkli

Bakının daha bir məşhur dükanı yanır - FOTO

3294
(Yenilənib 10:53 23.06.2019)
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub

BAKI, 23 iyun - Sputnik. Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "X-Lady" mağazasında yanğın baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub.

X-Lady mağazasında yanğın baş verib
"X-Lady" mağazasında yanğın baş verib

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

3294