Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lənkəranda qadının təmiz hava almaq istəyi faciə ilə bitdi

© Sputnik / Rahim MuradovMəhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsi
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı araşdırmalar davam edir

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 17 iyun - Sputnik. Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində boğulma hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi xəbərə əsasən, yerli sakinlər orta yaşlı qadının çaya düşməsi haqda polisə məlumat veriblər.

Dərhal hadisə yerinə təcili yardım briqasası ilə bərabər FHN Cənub Regional Mərkəzinin xilasediciləri də cəlb olunub. Suya düşən qadının cansız bədəni çaydan çıxarılıb. İlkin araşdırmalar zamanı qadının yerli sakin olmadığı müəyyən edilib. Daha sonra qadının əl çantası tapılıb. Məlum olub ki, yıxılan şəxs Ukrayna vətəndaşı, 1956-cı il təvəllüdlü Solmaz Nəsirovadır.

Bildirək ki, S.Nəsirova Lənkəran rayonunun Kərgəlan kəndində doğulub. Ailəlidir və üç övladı var, ailə qurduqdan sonra Ukraynaya köçüb. Mərhumun doğmalarının bildirdiklərinə əsasən o, "astma" xəstələyindən əziyyət çəkirmiş.

Bu gün səhər saatlarında da təmiz hava almaq məqsədilə çayın qırağı ilə dəniz kənarına getmək istəyərkən S.Nəsirovanın ayağı sürüşərək çaya yıxılması ehtimal edilir. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma davam edir.

Xəbər lenti
0