Liposaksiya əməliyyatı

Azərbaycanda həkim əməliyyatdan sonra dünyasını dəyişdi

261
(Yenilənib 18:47 12.06.2019)
Həkim dünyasını dəyişən S.Şahsuvarovanın ailəsinin şikayətli olmadığını bildirib

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 12 iyun — Sputnik. Azərbaycan Tibb Universitetinin həkimi, dosent Sədaqət Şahsuvarova dünyasını dəyişib. ATU-nun mətbuat katibi Günel Aslanova  Sputnik Azərbaycan-a açıqlamasında məlumatı təsdiqləyib. Həkimin liposaksiya əməliyyatından bir neçə gün sonra dünyasını dəyişdiyi bildirilir.

Əməliyyatı icra edən və eyni zamanda dünyasını dəyişən dosent Sədaqət Şahsuvarovanın tələbəsi olan Vüqar Ələkbərov Sputnik Azərbaycan-a açıqlamasında bu hadisədə təqsirli olmadığını bildirib: “Bu məsələdə həkim və klinikanın təqsiri yoxdur. Texniki olaraq da əməliyyat zamanı heç bir səhv olmayıb. Çünki əməliyyatdan sonra xəstə ayağa qalxaraq gəzib və bu hadisə bir neçə gün sonra baş verib. Bu əməliyyat insan ölümünə səbəb ola bilməz. Əməliyyat fəsadsız, yəni uğurla başa çatıb”.

Qeyd edək ki, dünyasını dəyişən həkimin 65 yaşı olub. O “Avrasiya” hospitalında əməliyyat olunduqdan 2 gün sonra səhhəti pisləşdiyi üçün başqa xəstəxanaların birinə yerləşdirilib. 4 gün sonra isə elə xəstəxanada ikən dünyasını dəyişib.

Həkim dünyasını dəyişən S.Şahsuvarovanın ailəsinin şikayətli olmadığını bildirib.

261
Əli qandallı qadın

Evdən oğurluq etdi, tutuldu, axtarışda olduğu üzə çıxdı

202
(Yenilənib 09:59 14.07.2020)
Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülnaz Bayramova saxlanılıb

BAKI, 14 iyul – Sputnik. Bakı şəhərində axtarışda olan qadın mənzili qarət edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə iyulun 4-də Lökbatan qəsəbəsi V. Əsgəroı küçəsində yerləşən evlərin birində baş verib. Naməlum şəxs həmin evdən 700 manat pul oğurlayıb.

Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülnaz Bayramova saxlanılıb. Araşdırmalar zamanı həmin qadının axtarışda olduğu üzə çıxıb.

202

Tovuzun daha bir kəndi hücuma məruz qaldı

196
(Yenilənib 21:55 13.07.2020)
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Sputnik Azərbaycan-a bildirib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib

BAKI, 13 iyul – Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini D-30 topundan atəşə tutub.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Sputnik Azərbaycan-a bildirib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.

Düşmənin bütün təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın “facebook” səhifəsində guya Azərbaycan Ordusunun Çinari kəndini 82 mm və 120 mm-lik minaatanlardan atəşə tutması, nəticədə mərmilərdən birinin evə dəyməsi və yaralıların olmaması barədə məlumat paylaşıb. Azərbaycanın Müdafiə Nazirliyi yaydığı paylaşıma münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, həmin məlumat həqiqəti əks etdirmir: “Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur".

196
Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Saxlamaq olmur! Virus can almaqda davam edir

0
(Yenilənib 11:02 14.07.2020)
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 3 milyon 363 min 056 nəfərə çatıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 iyul — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 13 103 290-a çatıb. Bu barədə Sputnik Azərbaycan Con Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 573 042 nəfər vəfat edib, 7 257 369 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 3 milyon 363 min 056 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 732 547 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0