Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanlı tələbə Fin körfəzində batıb

CC0 / anneileino / SummerGöldə batan adam, arxiv şəkli
Göldə batan adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Faciə Vasilevski adasının çimərliyində baş verib

BAKI, 12 iyun — Sputnik. Rusiyanın Fin körfəzi sahillərində azərbaycanlı tələbə batıb.

Sputnik Azərbaycan "Peterburqskiy Dnevnik" nəşrinə istinadən xəbər verir ki, faciə iyunun 11-i axşam saatlarında Vasilevski adasının çimərliyində baş verib. Bildirilir ki, həlak olmuş azərbaycanlı gənc Sankt-Peterburqa ali təhsil almaq üçün gəlibmiş. Hələlik həlak olan tələbənin adı və soyadı açıqlanmayıb.

Şahidlər hadisə yerinə polis, həkimlər və xilasedicilərin gəldiyini deyiblər.

Qeyd edək ki, Peterburqda çimərlik mövsümü başlayandan artıq yeddi nəfər suda boğulub.

Xəbər lenti
0